DİŞ TƏMİZLƏMƏ.
Dİişlərin təmizliyi üçün çox bahalı diş fırçası almaq vacib deyil. Fırçanı ilk aldığınızda onu isti su və sabunla yumanız məsləhətdir.Çünki yeni fırça sterli deyil, buna görə də ağız boşluğunuza bakteriyalar daxil ola bilər. Təkcədişləri deyil, dil və yanaqları da təmizləmək lazımdır. Buraya da bakteriya dişlərə hopduğu qədər hopur. Fırça və pastanı mütamadi olaraq dəyişin. Səhər dişləri yeməkdən sonra təmizləməkdaha düzgündür.
BÜTÜN İŞ GÜNÜ.
Dişləriniz hqqında təkcə səhər və axşam dşünməyin. Hər yeməkdən sonra, xüsusilə şirin və acı yedikdən sonra ağzınızı yaxalamağı qaydaya çevirin. Əgər əlinizin altında xüsusi vasitə yoxdursa , adi su ilə də yaxalaya bilərsiniz. Dişlərin arasında qalan qidanı təmizləmək üçün diş sapından istifadə etmək diş çöpündən daha yaxşıdır. Diş çöpü selikli qişanı zədələyə bilər. Yeməkdən sonra sqqız çeynəmək həqiqətən də fayalıdır. O, toksinləri canına çəkir və dişi ərpdən qoruyur. Amma saqqızı 15 dəqiqədən çox çeynəmək olmaz, əks təqdirdə çənə oynağı boşalar.
İSTİ VƏ NƏM.
Ağızda quruluq dişlər üçün ziyandır. Lazımı miqdarda su için ki, ağızda quruluq yaranmasın və tüpürcək dışləri asan əmizləsin. Dodaqlar da quru olmamalıdır . Çatlamış dodaqlarda bakteriya daha çox olur və oradan da ağız boşluğuna daxil olur. Buna görə mütamadi olaraq gigiyenik dodaq boyasından istifadə edin.