Qadin.NET / Çox su içmək zərərlidir!

Çox su içmək zərərlidir!

 


Artıq yaydır. Demək olar ki, hamımız pəhriz proqramlarına,məşq seanslarına başlamışıq. İntensiv kurslara qatılan şagirdlər kimiyik: ana dərsimiz bol-bol su içməkdir .
Su zəhərlənməsi nədir? Şüur bulanıqlığı, yorğunluq, halsızlıq əlamətləriylə özünü göstərən su zəhərlənməsinin əsas səbəbinin 8-10 litrə qədər həddən artıq su içilməsidir.

 

Çox su içmək zərərlidir!


Su zəhərlənməsi təlaş yaradacaq xəstəlik deyil, ancaq fərq edilməzsə, ciddi nəticələrə gətirib çıxarır. Xüsusilə bəzi  psixiatrik dərmanların istifadəsi zamanı sudan zəhərlənmə daha asanlıqla baş verir.

  Bəs nə qədər su içilməlidir? İdeal ölçü nədir?

 

 

 İdeal olanı susadıqca içməkdir! Özümüzə bol su içməyi təlqin edəcəyik. Amma bunun da sərhədi var - gündə 2-3 litr. Çünki gün boyunca yediyimiz digər qidalardan da maye alırıq. Daha çox susuyuruqsa, çox içə bilərsiniz. Amma bunu vərdiş halına salmaq olmaz. Arıqlamaq üçün gündə 5-6 litr su içsəniz və böyrək xəstəliyiniz varsa, su zəhərlənməsi qapımızı çalacaq. 
Odur ki, sağlamlığınıza diqqət edin.

 

Çox su içmək zərərlidir!

 

İncə bir lətafət olsa da suda, artıq içiləndə dərd verir o da. (Nizami Gəncəvi)

3 iyun 2012
GO BACK