Qadin.NET / Siqareti atmaq üçün 5 səbəb

Siqareti atmaq üçün 5 səbəb

1) Yuxunuz tənzimlənəcəkdir
Yenidən körpə kimi yatmağa hazırsınız? Araşdırmalara görə siqaret çəkənlərin 12%-i yuxuya getməkdə çətinlik çəkir, 11%-i yata bilmir. Digər tərəfdən gün ərzində çəkdiyiniz hər bir siqaret gecə yuxunuzu bir dəqiqə azaldır.

2) Ürək sağlamlığınız müsbət təsir edəcəkdir
Siqareti tərgitmək şirniyyat istəklərini artıra bilər. Əlbətdə bu sağlam bir vəziyyət deyil. Ancaq araşdırmalar göstərir ki, nə olursa olsun siqareti dayandırmaq ürək xəstəlikləri riskini azaldır. Üstəlik, şirinə olan impulsunuzu təzə və quru meyvələrlə tarazlaşdıraraq bu problemi aradan qaldırmaq olar.

3) Gənc görünəcəksiniz
Siqareti tərgitdiyiniz zaman hüceyrələrinizdəki oksigen nisbəti və qidalar artdıqca cildiniz daha yumşaq, parlaq bir görünüşə sahib olacaq. Əlbəttə, dəyişən tək siz olmayacaqsınız. 40 yaşından əvvəl siqareti tərk etmək, erkən ölüm riskini 90% azaldır, 30 yaşından əvvəl siqareti tərk etmək isə 97% azaldır.

4) Daha Aktiv Bir Həyat keçirəcəksiniz
Ağ ciyərlərinizdə artan qan axını və qanınızdakı oksigen səviyyəsinin artması sizi daha enerjili edəcək.

5) Nikotinin kəsilməsi şəkərli diabet riskinizi azaldacaq
ABŞ-da aparılan bir araşdırmada bəzi qan nümunələrinə nikotin əlavə edildi və bunun qan şəkərinin artdığını göstərən A1C hemoglobin səviyyəsini artırdığı ortaya çıxdı. Sadəcə olaraq siqaret çəkmək şəkərli diabet riskini artırır.

14 sentyabr 2020
GO BACK