Qadin.NET / Bel ağrılarını azaltmaq üçün 3 tövsiyə

Bel ağrılarını azaltmaq üçün 3 tövsiyə

Bel ağrısı şiddətli olduqda və uzun müddət davam etdikdə həm gündəlik həyatı, həm də iş səmərəliliyini təsir edir və həyat keyfiyyətini azaldır. Fiziki Müalicə və Reabilitasiya Mütəxəssisi, müalicə edilmədiyi və ya tədbir alınmadığı təqdirdə onurğa sütununa qalıcı zərər verdiyini söylədi. Rıza Azeri bel ağrısını azaltmanın yollarından bəhs etdi.

1. Kürəyinizə dəstək verin və oturma vəziyyətinizi düzəldin
Dik oturub beli dəstəkləyəndə disklərdəki yük miqdarı azalır. İrəli və ya yana əyildikdə disklər arasındakı təzyiq artır və bel ağrısına səbəb olur. Dəstəklər insana görə dəyişir, elastik olanlara üstünlük verilməlidir.

2. Yatağınızdan birdən qalxmayın
Bel ağrısı olan insanlar yataqdan qalxmadan bel əzələlərini istiləşdirmək üçün müəyyən məşqlər edə bilərlər. Yataqdan qalxarkən yanlara dönməli hərəkətlər edib sonra qalxmalısınız. Ani hərəkətlərdən qaçınmaq lazımdır. Gecə yatağa girəndə əzələlər süstləşir. Bu səbəbdən səhərlər oyanarkən əzələlər soyuq olduqda, bir anlıq qalxma ilə bir əzələ spazmı meydana gələ bilər. Bu səbəblə əvvəlcə sadə hərəkətlərlə əzələləri hazırlamalı, sonra yana dönmək, əvvəl ayaqları basmaq və sonra bədəni qaldıraraq yataqdan qalxmaq lazımdır.

3. Yerdən bir şey qaldırarkən dizlərinizi bükün
Yerdən bir şey qaldırdığınız zaman dizlərinizi bükün və qaldırın. Çıxardığınız əşyanı bədəninizə yaxın saxlayın. Onu uzaqlaşdırdıqca beldəki yük artır. Önə əyildikdə bədən çəkiniz artdıqca beldəki yük də artır. Buna görə də yerdən bir şey alarkən irəli və ya tərəfə əyilmədən dizlərdən kömək almaq lazımdır. Bel ağrısı olanlar ağır əşyaları qaldırmaqdan çəkinməlidirlər. Lazım olsa, onları özlərinə yaxın tutmalıdırlar. Çamadanları daşıyacaqsınız, təkərləri olanlara üstünlük verməlisiniz.

30 avqust 2020
GO BACK