Probiotiklərlə qidalanın
İmmunitet sistemi hüceyrələrinin 70%-nin bağırsaqlarda olduğu üçün bağırsaq sağlamlığına diqqət etmək lazımdır. Kefir, qatıq kimi təbii probiotiklərlə qidalanın. Probiotiklər həzm sistemini rahatladır, bağırsaqlarda vitaminlərin sintez olunmasına kömək edir.
Zülalla zəngin qidalar
Keyfiyyətli protein mənbələrindən faydalanın. Yumurta, balıq, ət, toyuq əti, paxalakimilər, quru meyvələrə həyatınızda yer verin. Hər gün 1 yumurta, həftədə 1 dəfə qırmızı ət, həftədə 2 dəfə noxud, mərci şorbası, gündə 1 ovuc çiy fındıq, badam, qoz kimi yağlı toxumlarla qidalanın.
Hər gün tərəvəz yeməyə diqqət edin
Hər gün tərəvəzlə qidalanın. Tərəvəzlər sərbəst radikallara qarşı qalxandır. Turp, kök, kərəviz, brokoli, göyərtilər, göbələk antioksidantla zəngindir.
Gündə 2 litr su için
Bədənin bakteriya və viruslardan təmizlənməsi üçün suya ehtiyacı olduğunu unutmamalısınız. Gündə 2 litr su içməyə çalışın. Su içmək üçün susuzluq hissini gözləməməlisiniz. İçinə təzə nanə, cəfəri, limon dilimləri, mixək, zəncəfil əlavə edə bilərsiniz.