Qadin.NET / Hepatitdən qorunmağın yolları

Hepatitdən qorunmağın yolları

Xaricə gedərkən bunları nəzərə alın

Hepatitin çox rastlandığı ölkələrə getmədən əvvəl peyvənd vurdurun. Hepatit A və hepatit E-dən qorunmaq üçün getdiyiniz ölkələrdə bilmədiyiniz qidaları yeməyin. Şüşədən su için və bişmiş qidalar yeyin. Durğun suların və çiy yeyilən dəniz məhsullarının hepatit A mənbəyi olduğunu unutmayın.

Qan yolu və  intim əlaqə ilə keçən hepatit B xəstəliyinin peyvəndini əvvəlcədən etdirmisinizsə, antikor səviyyəsini yoxlatdırın. Hepatit B-nin çox görüldüyü ölkələrdə qalacaqsınızsa, mütləq peyvənd vurdurun.

Tək istifadəlik

Hepatit B, C qan yolu, intim əlaqə ilə və damar üçün ortaq istifadə edilən iynələrdən keçir. Buna görə qulaq deşmə, pirsinq, akupunktur, döymə, manikür və pedikür zamanı istifadə olunan alətlər tək nəfərlik olmalı və steril istifadə edilməlidir.

Əlləri tez-tez yumağa davam

Covid-19 pandemiyasına görə əlləri tez-tez yumağı vərdişə çevirdik. Əlləri tez-tez yumaq ağız yolu ilə keçən hepatit A və hepatit E-dən də qoruyur.

Bu əşyaları paylaşmayın

Xəstəlik qanla keçdiyi üçün diş fırçasını, dırnaq qayçısını, üzqırxanı, manikür/pedikür alətləri kimi şəxsi əşyalarınızı heç kimlə bölüşməyin.

Yanlışlara diqqət

Hepatit B hovuzlardan keçmir. Yemək qabları, mətbəx alətləri, vanna və ya qucaqlama, öskürək, tər, göz yaşı, böcəyin dişləməsi ilə keçmir. Ancaq açıq yaralardan və ya dişləmə ilə keçə bilir. Hepatit C , B ən çox qan yolu ilə, intim əlaqə zamanı və damarla təmas edən iynələrlə keçir.

30 iyul 2020
GO BACK