Qadin.NET / Bağırsaq sağlamlığını qorumaq üçün 3 addım

Bağırsaq sağlamlığını qorumaq üçün 3 addım

1. Plan hazırlayın

Gündəlik idman və yeməyi planlaşdırmağı vərdişə çevirin. Qidalanmada çatışmazlıqları müəyyən edin və nizamlı pəhriz tətbiq edin. Diqqətli yeməyə çalışın və həddindən artıq yeməkdən, şəkərli qidalardan uzaq olun. Qidalanma gündəliyi tutmaq sizə kömək edəcək.

2. Nizamlı pəhriz

Hər əsas yeməyi nizamlı olaraq planlaşdırın. Bağırsaq sağlamlığınız üçün qida müxtəlifliyindən faydalanın. Fərqli rəngdə meyvə və tərəvəzlər yeyin. Arıqlamaq üçün " şok pəhriz"lərə və qeyri-sağlam pəhrizlərə üz tutmayın. Qısa müddətə arıqladan pəhrizlər, sağlamlığınıza uzunmüddətli zərər vura bilər.

3. Bağırsağı qoruyan qidalar yeyin

Qidalanma siyahınızda çiy və ya bişmiş tərəvəz, meyvə olmalıdır. Bundan əlavə, probiotiklər, yoqurt, qatıq, pendir, kefir kimi prebiotiklər olmalıdır.

Bağırsaqlar üçün kifayət qədər yuxu və idman da vacibdir. Qidaları düzgün formada çeynəyərək yeyin. Yağda qızardılmış yeməkləri həftədə 1 dəfə yeyin.

30 iyun 2020
GO BACK