1. Ağız quruluğu
Kifayət qədər su içmədiyinizin ən vacib işarəsi ağız quruluğudur. Su çatışmazlığı, ağız quruluğundan əlavə ağız yapışqanlığına səbəb olur. Sudan aldığınız ilk damaldan ağız quruluğunun yox olduğunu görəcəksiniz. Daha çox su içmək istəyəcəksiniz.
2. Dəri elastikliyinin itməsi
İnsan bədəninin 70%-i sudan ibarətdir. Parıltılı dəri üçün bol su içməyə ehtiyac var. Dərinin elastikliyinin azalması, kifayət qədər su içmədiyinizi göstərir. Dərinin elastikliyini yoxlamaq üçün əlinizin üstündəki dərini yuxarı çəkin, əgər dəri həmin an yerinə qayıdırsa, kifayət qədər su içirsiniz.
3. Göz yaşı çatışmazlığı
Ağlamaq istəyib ağlaya bilmirsinizsə, demək kifayət qədər su içmirsiniz. Susuzluq göz yaşı çatışmazlığına səbəb olacaq.
4. Oynaq ağrıları
Qığırdaqlar və onurğa disklər təxminən 80% sudan ibarətdir. Hər addımda sümüklərin bir-birinə dəyməsinə mane olan su, göz ardı edilməyən ehtiyacdır.