1) Maska taxmamaq
Maska istifadə etməmək virusun yayılma riskini artırır. İsti havalarda maska istifadəsi nə qədər çətin olsa da, maska taxmaq vacibdir. Özünüz və sevdiklərinizin sağlamlığını qorumaq sizə bağlıdır.
2) Maskanı dəyişdirməmək
Yay aylarında istidən nəmlənən maska mütləq dəyişdirilməlidir. Nəmli maska bakteriyaların çoxalması üçün ideal yerə çevrilir. Dəridə infeksiya yaranmasına səbəb ola bilər. Bundan əlavə, istifadə olunmuş maska ortalığa qoyulmamalı, zibil qutusuna atılmalıdır.
3) 8 metr qaydası
Əgər açıq havada heç kim olmayan yerdə yürüyüş və idman edərkən maska taxmamaq olar. Maskalı halda şəxslər arasında məsafə 1.5-2 metr olmalıdır. Ancaq maskasız, açıq havada küləyi də nəzərə alsaq bu məsafə 8 metr qədər artırılmalıdır. Sosial məsafə və maska istifadəsi həyati məna kəsb edir.
4) Əlcək taxmaq
Əlcək taxmaq virus qorunmaq və üzə toxunmamağı xatırladığı üçün faydalı hesab olunsa da, yay aylarında işlər dəyişir. Yayda əllər tərlədikcə əlcəyin içi tərləyəcək və bakteriyalar fəaliyyətə keçəcək. Prof. Dr. İftahar Köksal yay aylarında əlcək istifadə etməyi tövsiyə etmir. Onun yerinə əlləri mümkün olduqca kütləvi istifadə olunan yerlərə vurmamalı, daima sabunla yumalı və əl dizenfeksiyadan istifadə etməli.
5. Saçları və saqqal uzatmaq
Saç və saqqal tərləməyə yol açdığı üçün üz və boyun bölgəsinə təmas riskini artırır. Mütəxəssislər yay aylarında kişilərə saqqal saxlamamağı, qadınlara isə saçlarını yığmağı tövsiyə edir.
6. Bol su içməmək
Öz suyunuzu mümkün olduqca yanınızda daşıyın. Aldığınız su şüşələrinə başqalarının toxunmuş olma ehtimalı daha çoxdur. Su içərkən əlinizi şüşənin ağız hissəsinə əlinizi dizenfeksiya etmədən toxunmayın.