Qadin.NET / Orucun elmlə sübut olunmuş faydaları

Orucun elmlə sübut olunmuş faydaları

 

Şübhəsiz ki, hər ibadətin həyatın müəyyən hissələrində faydası var.

 

 Ramazan orucunun da həzm sistemi və fiziki/bioloji faydaları olmaqla bərabər, digər tərəfdən insan psixologiyasına ciddi effektləri var.

Orucun elmlə sübut olunmuş faydaları

Psixoterapevtlər orucun elmdə təsdiqini tapmış faydalarını belə müəyyən edib:

 

1. Oruc tutulduğu zaman hüceyrələr qandan normaldan daha çox qlükoza almaq üçün xəbərdarlıq göndərir. Bu da insulin baxımından faydalıdır. Oruc tutulmayan dövrlərdə qandakı şəkərin səviyyəsi balanslaşdırılmamış olur.

 

2. Oruc yavaş işləyən metabolizmanı sürətləndirir. Həzm sisteminə ciddi faydaları var.

 

3. Orqanizmdə depolanan yağlar orucla yanmağa başlayır. Bu səbəbdən sağlam arıqlamaq baş verir. Lakin bəzi insanlar orucun fitrətinə aid olmayacaq şəkildə çəki atmağa çalışır.

 

4. Oruc metabolizmanı sürətləndirir. Həzm sistemini dincəldir. Sağlam kalori yandırmağı təmin edir. Qidaların enerjiyə çevrilməsinə şərait yaradır.

 

5. Vücudun ac qalması ilə hormonlar daha sağlam işləyir. Oruc beynin yemək yeməyi təşviq edən siqnallarını düzəldir.

Orucun elmlə sübut olunmuş faydaları

6. Nizamsız qidalanan fərdlərə qidalanma vərdişləri qazandırır.

 

7. Zehnin funksiyalarını artırır. Bir çox elmi araşdırmada orucun beyin funksiyalarının işini yaxşılaşdırıb kök hüceyrələrinin yaranmasına yardımçı olduğu sübut edilib. Parkinson və Altsheymer kimi xəstəliklər belə bir növ orucla müalicə olunur. İnsan beyni normal zamanlarda bədənə, xüsusilə mədə, bağırsaqlara enerji sərf edərkən, oruc tutulan zaman özünü bərpa edir və aktivləşdirir.

 

8. Oruc vücudun nəzarət sistemini təkmilləşdirib, fiziki və zehni olaraq orqanizmin dincəlməsinə şərait yaradır.

 

9. Vücudun immun sistemini yenidən formalaşdırır. Bir çox zərəri aradan qaldırıb xərçəng hüceyrələrinin yayılmasını belə yavaşladır. Oruc tutulanda vücuda mənfi təsir göstərən infeksiyalar azalır.

 

10. Oruc vücudu və cildi də təmizləyir. Böyrək və qaraciyərdəki zəhərli toksinləri uzaqlaşdırır.

 

11. Psixoloji olaraq insan sağlamlığına fayda təmin edir. Doktor Otto Buçinger “oruc tutmaq əməliyyatsız ən əhəmiyyətli bioloji müalicə növüdür” deyir. O, Almaniyada orucla bir çox xəstələrə şəfa verib.

 

12. Oruc tutmaq vücudun daha enerjili olmasını təmin edir. Oruc haqqında imtahana hazırlaşan uşaqların oxumasını əngəlləmək kimi düşüncələr yanlışdır. Tam əksinə, orucun beyni daha sağlam işlətdiyi elmi baxımdan sübut olunub.

 

13. Oruc sosial baxımdan da insanlar arasında empatiya hissini yayır, yoxsul və zənginlər arasında körpü qurur. Elmi araşdırmalar təsdiqləyir ki, başqasına faydalı insanlar psixoloji baxımdan daha üstün səviyyədə olur.

 

14. Sosial psixologiya baxımından topluma dinclik gətirir. Ramazan orucu tutan insanlar daha sağlam düşünür, daha səbrli olur, kimsəyə zərər vermir. Hətta oruc tutmayanlar belə Ramazanda daha səbrli davranır.

 

15. Yapon elm adamı Yoşinori Ohşumi orucla bağlı apardığı araşdırmalarda orucun immun mexanizmini tamamilə yeniləyərək insan bədəninin gəncləşməsini, enerjili olmasını təmin etdiyini üzə çıxarıb. O, bu sayədə 2016-cı ildə Tibb üzrə Nobel mükafatını qazanıb.

 

16. Nobel mükafatlı daha bir elm adamı Aleksis Karrel normal zamanlarda orqanizmdə depolanan qida maddələrinin oruc zamanı xərcləndiyini, daha sonra bu maddələrin yerinə yenilərinin gəldiyini, beləliklə, bədənin yeniləndiyini isbat edib.

 

17. Oruc məsuliyyət və dəyərlərin təbliği baxımından da əhəmiyyətlidir.

 

Xüsusilə karantin günlərində psixologiyanı sağlam saxlamaq üçün oruc tutmaq faydalı ola bilər.

 

Zümrüd (publika.az)

7 may 2020
GO BACK