1. Elektronik cihazla yuxudan ən az 2 saat əvvəl vidalaşmaq
Yatmamışdan əvvəl elektronik cihazla vaxt keçirmək, yuxu dövrünün pozulmasına təsir edir. Gec saatlarda qaranlığa ehtiyacı olan beyininiz ekran işığı ilə təmas etdikdə, yorğunluğunu çıxara bilmir. Dərin yuxuya keçə bilmir.
2. Davamlı idmanla məşğul olmaq
Təbii ki, saatlarla idmanla məşğul olmaqdan danışmırıq. Səhər və ya günortadan sonra edə biləcəyiniz kiçik idman hərəkətləri yuxuya daha rahat getməyinizə kömək edəcək. Yuxusuzluqla mübarizə aparmaq üçün ideal həll yoludur.
3. Siqaret, alkoqol və qəhvə kimi vərdişləri dayandırmaq
Bir çox insan alkoqol qəbul etdikdən sonra tez yuxuya gedəcəyini düşünür. Aparılan araşdırmalar, alkoqolun yuxunun keyfiyyətini azaltdığını sübut etmişdir. Eyni formada, kafein və siqaret də yuxuya getməni çətinləşdirir.
4. Gün ərzində ən az 10 dəqiqə meditasiya
Meditasiya və nəfəs məşqləri yuxuya getmə ilə bağlı ola problemləri aradan qaldırmağa kömək edə bilər.