Qadin.NET / Qarın gərmə əməliyyatı (Abdominoplastika) nədir?

Qarın gərmə əməliyyatı (Abdominoplastika) nədir?

Qarın gərmə əməliyyatı (Abdominoplastika) nədir?

Abdominoplastika  və ya qarin gərmə əməliyyatı, qarın divarındakı artıq  yağ və dərinin çıxarılaraq  və qarın divarındakı  genişlənmiş əzələlərin  forma verilərək, qarın divarının yenidən gəncləşdrilməsi və şəkil verilməsidir. Bu əməliyatla qarnın boşalmış, artıq piy qatı və şişkin forma ləğv olunaraq, yenidən düz və incə görünümünü qazanması təmin etməkdə  və  həmçinin xəstənin belini incəltməkdədir. Bu əməliyyat ilə qarın divarının əzələlərinin orta xəttdə  bir-birindən ayrılmasıyla meydana gələn  düz əzələ diastazı adı verilən problemdə  bu əməliyyatla ləğv olunur.

Abdominoplastika  əməliyyatında mövcud olan piylənmənin, çapığın  və dərinin  genişlənməsinə uyğun olaraq  klasik abdominoplastikaminiabdominoplastika və Marriage abdominoplastika icra olunur.

 

 

Qarın gərmə əməliyyatı (Abdominoplastika) nədir?

 

Klassik abdominoplastika qarın divarında çox artıq  miqdarda toplanmış piy kütləsini və qarın dərisinin elastikliyinin itdiyi vəziyyətlərdə icra olunur.

Mini-abdominoplastika isə  əsasən qarın divarındaki orta miqdarda toplanmış piy kütləsini və qarnın aşağı yarısında görüldüyü və  qarın aşağı yarısının  dərisinin elastikliyinin itdiyi vəziyyətlərdə icra olunur.

Marriage abdominoplastika mini-abdominoplastikada  olduğu kimi əsasən qarın divarındaki orta miqdarda toplanmış piy kütləsini və qarnın aşağı yarısında görüldüyü və  qarın aşağı yarısının  dərisinin elastikliyinin itdiyi vəziyyətlərdə  və əlavə olaraq bel nahiyyəsində piylənmə olan pasiyentlərdə icra olunur.

 

Abdominoplastika üçün  ən uyğun pasiyentlər  kimlərdir?

Abdominoplastika əməliyyatı,  əməliyatı üçün ən uyğun pasiyentlər, qarın divarındakı artıq  toxumanı dieta və idman ilə ata bilməyən sağlam insanlardırQadınlarda daha çox əməliyyatın icra olunmasına səbəb, qadınların bu əməliyyta daha çox marağının olması (plastika baxımından ), qarın divarındakı əzələlərin və  ve dərinin hamiləlik dövründə gərilərək elastikliyinin itirməsi və düz əzələ diastazının qadınlarda daha çox rast gəlinməsidirPiylənmə isə həm qadınlarda, həm də kişilərdə rast gəlinən səbəbdir.

 

 

Əgər xəstə gələcəkdə hamilə qalmağı düşünürsə, bu əməliyyat ona əks göstərişdir.  Çünki, əməliyyat ilə qarına verilmiş forma (fiqura)  hamiləlik dövründə itəcəkdir.

Əməliyyatda öncə götrüləcək olan toxuma hissələri markerlə işarələnir və xəstənin istəyi nəzərə alınır.

Hər bir  abdominoplastika fikirləşən pasiyent əsas bunu bilməlidir ki,  abdomenoplastika piylənməni müalicə etmək üçün deyil, qarını gərmək və ideal forma vermək üçündür.

            Əməliyyatdan sonra xəstə ideal bədən qurluşuna sahib olur. Əməliyyatdan sonra ilk bir ay xəstə daimi karset rejmində ,sonrakı dörd ay isə fasilə ilə karsetdən istifadə edir.

13 avqust 2013
GO BACK