Mensturasiya dövründə ağrıları azaltmaq və əzələləri rahatlatmaq üçün yoqa hərəkətləri:
1. Boyun hərəkətləri
Aybaşı zamanı bütün əzələr gərginləşir. Xüsusilə, ofisdə işlədiyimiz və telefonlara çox baxdığımız üçün təsirlənən bölgə boyun olur. Rahat oturun. Çənənizi çiynə tərəfə dairəvi hərəkətlə aparın, sonra digər tərəfə doğru. Nəfəs alıb verməyi unutmayın.
Qeyd: Başınız fırlansa çənənizi döş qəfəsinə doğru aparın və bir neçə dəfə nəfəs alıb gözləyin.
2. Uşaq pozası
Əllər və dizlər üzərinə əyilin, oturun. Dizlərinizi yaxşıca açın. Yastıqdan istifadə edin. Sinənizi yastığı üzərinə qoyun. Nəfəs alıb verərkən bu pozada qalın.
3. Sfinks pozası
Üz üstü uzanın. Alt qollarını və dirsəklərini bədənizə çox yaxın olmayan formada yerə uzadın. Nəfəs alın və döş qəfəsini qaldırın. Çiyinlərinizi bacardıqca arxaya aparın. Belinizdə batma hiss etsənin bu pozada çıxın. Belinizi qoruyun.
4. Dizləri qarına çək və qucaqla
Kürəyi üstdə uzanın. Dizlərinizi qarnınıza doğru çəkin və qollarınızla dizlərinizi qucaqlayın. Xəfif sağa sola hərəkət edin.
5. Cəsəd pozası
Menstruasiya dövründə yorğunluq hiss edilir. Rahatlamaq üçün bu pozanı yoxlayın. Gözlərinizi yumun. Nəfəs alıb verin. 8-10 dəqiqə bu halda uzanın.