Qadin.NET / Menstruasiya ağrılarını azaldan 3 idman hərəkəti

Menstruasiya ağrılarını azaldan 3 idman hərəkəti

Uşaq hərəkəti

Adətən idman edərkən sonda dincəlmək və dartınmaq üçün edilən hərəkətdir. Bu hərəkət stressi zəiflədir, boyun və kürək əzələlərini işlədir. Hərəkətə başlamaq üçün dizlərinizin üstündə oturun və ayaqlarınızı qatlayın. Nəfəs alaraq önə doğru uzanın. Bədənizin ayaqlarınızın arasına girməsinə icazə verin. Qollarınızı qabağa uzadın və başınızı yerə qoyun. 5 dəqiqə etmək kifayətdir.

 

 Körpü hərəkəti

Kürəyi üstdə uzanın və ayaqlarınızı çanaq bərabərliyində açın. Sonra dizlərinizi bükərək ayaqlarınızı yerə sabitləyin. Əllərinizi paralel olaraq yanlarda yerə qoyun. Əllərinizdən güc alaraq çanağınızı yuxarı qaldırın. Bu hərəkəti edərkən boynunuzu sağa-sola hərəkət etdirməyin! 

Kobra hərəkəti

Kobra hərəkəti ilə qarnınızı dartdığınız üçün ağrılarınız azalır. Eyni zamanda halsızlıq və stressi azaldır. Nəfəs alıb verərək üzü üstdə uzanın. Ovuc içlərini yerə qoyun, əllərinizi sinənizin yanına qoyun. Nəfəs alıb verməyə davam edərkən əllərinizdən dəstək alaraq sinənizi yuxarı doğru qaldırmağa çalışın. Dirsəklərinizi qırmayın və boynunuzu geri uzadın. 2-3 dəqiqə ərzində dartınmağa davam edin.

Tərcümə: Ustaclı



6 iyul 2020
GO BACK