Salam, əziz Qadın.Netlilər! Mən bu gün sizə uzun-uzadı fərqli pəhriz haqda danışmaq niyyətində deyiləm. Sadəcə olaraq öz təcrübəmdən irəli gələn bir qidalanmaq və artıq çəkidən azad olmaq barədə danışmaq istəyirəm. Məni 30 yaşım var. 2-3 yaşlarda iki övladım var. Övladalarımdan əvvəl ilin fəsillərindən asılı olmayaraq hər zaman 44-46 ölçüdə geyimlər geyinmişəm. Çəkim 64-66, boyum isə 171 sm olub. Hamiləliyi və doğuşu çox çətin keçirmişəm. Oğlumun dünayaya gəlişi isə əsl xoşbəxtlik idi. Lakin çəkim də 74 kq olmuşdu. 48-50 ölçüdə geyimlər geyinməyə başlamışdım. İlk əvvəllər bu məndə kompleks yaradırdı. Güzgünün qarşısına keçəndə özümü tanımırdım. Əsəb, stress keçiriridim. Sonra düşündüm ki, geyimlərimi elə seçim ki, məni az da olsa incə və gözəl göstərsin. Yoldaşım məni əslində kilolu olduğuqdan sonra daha çox bəyəndiyini desə də, bu məni sakitləşdirmirdi. Əsl surpriz isə 6 aydan sonra yenidən hamilə olduğumu öyrənmək idi.
Doğuşa 95 kq ilə getdim. Evə gəldikdə isə çəkim 85, geyim ölçülərim isə 52-54 idi. Onu da deyim ki, hər iki övladımı qeysəriyyə əməliyatı ilə dünyaya gətirmişəm. Qızımı da ana südü ilə qidalandırıdım. Bu səbəbdən nə pəhriz saxlaya bilirdim, nə də idman edə bilirdim. Elə buna görə də yenə də düşündüm ki, incə və gözəl göstərən geyimlər seçməliyəm. Lakin maqazınləri gəzərkən “sizin ölçüdə geyim yoxdur və olmayacaq da” cümlələri məni stressə saldı. Hər kəs mənə 50 yaşlı xanım kimi müraciət edirdi. Çox istəyirdim ki, şəxsiyyət vəsiqəmi göstərim ki, mənim 50 yox, 30 yaşım var. Bəzən evə gəlib ağladığım günlər də olub. Buna görə də daha maqazinlərə getmədim. Geyimlərimi internet vasitəsi ilə sifariş etməyə başladım. Bir gün yaxın bir rəfiqəm ailəmiz üçün fotosessiya etdi. Şəkillərə baxarkən anladım ki, mən elə bu çəkidə də çox gözələm. Və burdən belə bir sual meydana gəlir “arıqlayım, ya yox” . Və mən daha ətrafımdakı insanların nə düşündüklərinə fikir vermədim. Ailəm, həyat yoldaşım məni belə də çox sevir. Mən belə də xoşbəxt ola bilərəm. Buna görə də arıqlamaq üçün çəkdiyim bütün əziyyətlərdən qurtuldum. Pozitiv düşünməyə başladım. Həyat öz axarı ilə getməyə başladı. Günlər mənim üçün daha rəngli və gözəl keçirdi. Lakin bunu da bilirdim ki, artq çəki həm də sağlamlığıma çox ziyandır. Və belə qərara gəldim ki, tələsmədən, stress etmədən çəki atmağa başlamaq lazımdır.
Heç bir pəhriz saxlamadım. Düzgün qidalanmağa başladım. Özümə heç bir qadağa qoymadım. Ürəyin şokalad, ya da biskivit istədi? Səhər yeməyində yeyə bilərsən. Çox adam deyir ki, ağ çörəyi həyatından çıxar. Mən isə qəti çörəyi çıxarmadım həyatımdan . Lakin əgər çörək yedimsə, başqa un məmulatlarından hazırlanan şirniyyatlar və ya qəlyanaltılar yemədim. Hər gün 2 litr su içdim, indi də içməyə davam edirəm edirəm. Əslində gün ərzində içilən 2 litr su orqanzmimiz üçün çox faydalıdır. Rəqslə məşqul olmağa başladım. Həftədə iki dəfə rəqs məşqlərinə getməyə başladım. Və beləcə özüm də hiss etmədən, stress keçirmədən, heç bir pəhriz saxlamadan arıqladım.