Əziz xanımlar, mən də sizlərlə öz arıqlama hekayəmi paylaşmaq qərarına gəldim. Buyurun ,oxuyun.
Mən də hər bir xanım kimi dadlı yeməklər bisirməyi və dadmağı xoşlayırdım. Ta ki, sevdiyim paltarlarımın artıq mənə dar olduğunu hiss edənə qədər. Və elə həmin gündən arıqlamağı özümə bir hədəf seçdim.
İlk öncə meyvə-tərəvəzlərdən bolluca yeməyə calışdm. Xörəkdən az istifadə etdim. Daha kiçik boşqablarda yemək yeməyə başladım. Quru yeməklərdən az yeməyə çalışdım və şorba kimi yeməkləri yeməyə başladım. Əziz xanımlar, əgər gözəl bədənə sahib olmaq istəyirsinizsə, az yemək və bolluca su icmək lazımdır. Amma mənim öz sirrim var.
İdman
İdman zallarına getmək imkanım olmadığı üçün mən evdə məşq etməyə başladım. Mahnılarla rəqs edir, yerimdə qaçırdım, bel incəldən halqalardan istifadə edirdim. Hər gün axşamlar ən azı bir saat bunlarla məşğul olurdum. Daha fəal hərəkətlər edirdim və bununla yanaşı, qara çörəkdən istifadə edirdim. Bu çörək həm həzmi yaxşılaşdırır, həm də arıqlamağa kömək edir. Hər axşam kivi yeyirdim, bu da arıqlamağa kömək edir. 64 kq çəki ilə başladığım bu formul mənə 3 ay ərzində 6 kq çəki atmağa kömək etdi.
Rəqs
Rəqs edərkən çalışın ki, bədəninizin hər hissəsi çalışsın, əsas da ayaq və bel hissəniz. Məsələn, mən bacardığım qədər oriyental tərzdə rəqs edirəm. Fərq etməz, əsas odur ki, rəqs edin. Həm bədəniniz çalışar, həm də artıq kaloridən xilas olarsınız. Ən əsası, arıqlamağa iradəniz olsun.
Artıq mən istədiyim çəkiyə nail olmuşam, əziz xanımlar. Unutmayın: hər şeyin başı sağlamlıqdır. Özünüzə dəyər verin və həmişə sağlam qalın. Hər zaman gözəl qalın, siz buna dəyərsiniz!