Əziz xanımlar,bu dəfə sizə yaxın rəfiqəmin arıqlama sirrini açıqlamaq istəyirəm.Ümid edirəm ki, siz də bu məqaləni oxuyub, yararlanacaqsınız.
Rəfiqəmin 24 yaşı var. Bir gün ,o,güzgüdə özünə diqqətlə baxıb,qarın və yanlardan piyin əmələ gəlməsini müşahidə edir. Biz rəfiqələr və onun həyat yoldaşı onu sakitləşdiririk,hər şeyin yaxşı olduğunu söyləyirik. Beləcə, 6 ay keçir. Bir gün rəfiqəm yenə tərəziyə çıxır və çəkisinin sürətlə artdığını görüb,təəccüblənir. 176 sm. boy, 70 kq çəki! Ən təəssüfləndirici hal da onun qarın nahiyyəsində piyin olmasıdır, daha o, sevimli dar cins şalvarlarıni geyinə bilməzdi. O, özünü ələ alib, qarnındakı piyə "hücuma" keçdi. İnternetdən,jurnallardan topladığı məlumatlardan istifadə edib yararlandı və nəticəsi də ürəkaçan oldu. Onu da qeyd edim ki,rəfiqəm həmişə fiziki formada olub məktəb illərində xoreoqrafiya və yüngül atletika ilə, tələbəlik illərində isə rəqslə məşğul olub.
Beləliklə, mən başlayım.3 ay ərzində 5-6 kq arıqlayıb. İlk növbədə, o, idman zalına gedib və trenajorları səmimi qəlbdən "sevib". Əsas ayaqlar,yanlar və press üçündür. Beləliklə,trenajor zalına həftədə 2 dəfə gedib,məşğul olurdu.
Press əmələ gəlsin deyə onun üçün hər gün məşq etmək lazım deyil. Bundan başqa özünə termokəmər də almışdı. Termokəməri idman malları mağazasından əldə etmişdi. Bu vasitə beldə piylərin əriməsi üçün ən məqsədəuyğun seçimdir. Sonra məşqçi qarın əzələlərini bərkitmək üçün Orbitrek adlı trenajoru məsləhət gördü. Hər məşqin sonunda 15 dəqiqə qaçış kalorilərin yanmasına səbəb olurdu. Qaçışla məşğul olandan sonra daha idman hərəkətlərini etmədi.
Pəhrizə gəldikdə isə qida rasionundan çörəyi ,xəmir xörəkləri və şirniyyat,əsasən də şokoladı ləğv etdi. 1-2 həftə çörək qəbul etmədikdə, insan ona əl də uzatmaq istəmir. Hal-hazırda rəfiqəm zefir, beze, qurudulmuş meyvələr,fındıq,ləbləbini bal ilə qarışdırıb yeyir. Şəkər tozunu bal ilə əvəz edib. Səhər yeməyi - buterbroddan,nahar yeməyi şorba və quru yeməklərdən ibarətdir. Sıyıq qida rasionunda ön yeri tutur.
Rəfiqəm istədiyi nəticəni əldə etdiyi üçün çox xoşbəxtdir.