Xəyalınızdakı bikini bədəninə qovuşmağın vaxtı çatmadımı? Bu yayda ayaqlarınızdakı və ombalarınızdakı portağal qabığı görüntüsündən xilas olaraq qorxmadan bikini geyinmək istəyirsinizsə, bu 3 məşqi mütləq edin. Sellüliti yox edən bu hərəkətlər daha möhkəm ayaq və ombalara sahib olmağınıza kömək olacaq.
Selluliti yox edən 3 məşq
Ayaqları açıq çöməlmə (Plie squat)
Bir çox əzələ qrupunu eyni anda işlədən çöməlmə hərəkəti, sellüliti yox edir. Bu hərəkət üçün ilk olaraq ayaq üstə dik bir mövqe alın və ayaqlarınızı çiyin genişliyində açın. Ayaqlarınızı açarkən ayaq barmaqlarınız çölə tərəf baxmalıdır. Əllərinizi sinənizin önündə birləşdirin, belinizi və kürəyinizi dik tutaraq dizlərinizə doğru çöməlin. Təkrar ayağa qalxarkən ombalarınızı sıxmağı unutmayın.
Körpü hərəkəti (Booty bridge)
Ombaları möhkəmləndirən körpü hərəkəti üçün ilk növbədə dabanlarınız yerə yapışmış şəkildə belüstü uzanın. Əllərinizi ovuclarınız yerə dəyəcək şəkildə bədəninizin iki tərəfinə yerləşdirin. Ayaqlarınızdan güc alaraq çiyinlərinizi yerdən qaldırmadan arxa tərəfinizi havaya qaldırın. Arxa tərəfi havaya qaldırarkən yüngülcə sıxın. Hərəkəti ardıcıl bir şəkildə təkrar edin.
Dağ dırmanışı ( Mountain hiker)
Bədəndəki bir neçə əzələ qrupunu eyni anda işlədən bu məşq sellülitə savaş açır. Bu hərəkəti tətbiq etmək üçün jim mövqeyi alın. Qarnınızı sıxaraq əvvəlcə sağ dizinizi olduğunuz yerdə sinənizə doğru çəkin və təkrar başlanğıc mövqeyinə qayıdın. Eyni hərəkəti sol dizinizlə də edin və bir dəqiqə ərzində olduğunuz yerdə sıçramağa davam edin.