Qadin.NET / Sellülitin kələmlə müalicəsi

Sellülitin kələmlə müalicəsi

 

Sellülitin kələmlə müalicəsi

 

Qadınların ən böyük kabusu olan sellülit kələmlə üç həftədə yoxa çıxır. Ağ kələm bədəni toksinlərdən təmizləyir, yoğun bağırsaq xərçəngini önləyir və qan şəkərini nəzarət altında tutmağa kömək edir.

Bitkilərin insan sağlamlığına etdiyi təsirini araşdıran Prof. Dr. İbrahim Adnan Saraçoğlu kələmlə əlaqədar araşdırmalarını ictimaiyyətlə bölüşüb. Heç bir tərəvəz və meyvədə olmayan U vitamini və bioformasiya təsiri səbəbiylə kələmi hər dərdə dərman kimi xarakterizə edən Prof. Dr. Saraçoğlu kələmin faydalı xüsusiyyətlərini sadalayıb.

 Kələmin xüsusiyyətləri nələrdir? 

Arıqlatma və sellülitləri yox etmə xüsusiyyəti olan kələm eyni zamanda antioksidant olduğundan bağırsaq xərçəngini önləyir. Qan şəkərini salma və balanslaşdırmaq xüsusiyyəti var. Qan dövranını nizamlayan hormonları tarazayır. İnfeksiyalara qarşı bədənə müqavimət qazandırır. Xərçəng xəstələrində kimyaterapiya və radioterapiyadan sonra orqanizmi möhkəmlədir. Bağırsaq qişasını təmizləyir. Dəriyə təzəlik və gözəllik verir. Ağ kələm tərkibindəki U vitaminiylə güclü bir antioksidantdır.

 Kələm necə arıqladır?

Ağ kələm duz tarazlığını pozmadan bədəndəki mayeni kənar edir. Bu da çəkinin sabit qalmasıma səbəb olur. Menopauza və menstruasiya dövrlərində dəyişən hormon pozğunluğuna qarşı ağ kələm mükəmməl bir çarədir.

 

Sellülitin kələmlə müalicəsi

 

Toksinləri atın

Qaynamaqda olan yarım litr suda 5-6 ədəd ağ kələm yarpağını parçalamadan 10 dəqiqə ağzı bağlı olaraq yüngül atəşdə qaynadın. Səhər və axşam olmaqla gündə 2 dəfə ac və ya tox qarına bir stəkan için. Bunu 5 gün ərzində və hər dəfə yenidən hazırlayaraq davam edin. 3 gün aradan sonra yenidən 5 gün edin. 10 günlük müalicənin il ərzində 4 dəfə edilməsini tövsiyə edilir. Müalicənin edilməyə başlandığı 2-ci və ya 3-cü gündə bədəninizin tərlədiyini və xüsusilə üzünün yağlı olduğunu fərq edəcəksiniz. Narahat olmayın, bu yağla birlikdə toksinləri də atacaqsınız. Bu üsulu tətbiq edərkən tez-tez duş qəbul etməlisiniz. Nə qədər çox toksindən təmizlənsəniz, bədəniniz bir o qədər özünü təzələyər.

Qırmızı kələm bağırsaq xərçənginin qarşısını alır

Brüssel, ağ, qırmızı, yabanı və ağ Çin kələmi və bəzi geniş yarpaqlı tərəvəzlər kükürd baxımından zəngindir. Kükürd tərkibli bu tərəvəzlərin ən əhəmiyyətli xüsusiyyəti bağırsaq qişasını təmizləmə gücünün olduqca təsirli olması və bədən tərəfindən çox asanlıqla çölə atıla bilmələridir. Qırmızı kələm bitkisində olan U vitamininin birbaşa bağırsaq xərçənginə qarşı müalicə gücünün ola biləcəyi bu günə qədər heç bir tədqiqatçı tərəfindən öyrənilməmişdi. Mədə və on iki barmaq xorasına qarşı müalicə məqsədli olaraq bitki mənşəli üsulları seçən həkimlər tərəfindən də istifadə edilir. Dünyada yalnız bitkidə zəngin olan U vitamini bu xüsusiyyətinə görə həmişə diqqət çəkir. Qırmızı kələmdə bu vitamin bol miqdarda olduğu üçün bağırsaq xərçənginin qarşısını almaq üçün təsirli olduğunu məlum olub. 

 

Sellülitin kələmlə müalicəsi

 

Qırmızı kələmdən faydalanın 

Yarım litr suda kələm yarpaqları parçalanmadan 6-7 dəqiqə qaynadılır. 10 gün müddətində bir stəkan olmaqla yeməklərdən bir saat əvvəl və ya yeməklərdən 2 saat sonra içilir. 10-cu gündən sonra bir həftə ara verilir. Təkrar 10 gün tətbiq olunaraq müalicəyə son verilir. 

Artıq çəkidən xilas olun 

4-5 ədəd kələm yarpağını parçalamadan qaynamaqda olan 750 ml suyun içinə salın və yüngül atəşdə ağzı bağlı 7 dəqiqə bişirin. Aşağıdakı şəkildə istifadə edin: 

İlk 5 gün: Hər gün səhər və axşam 1 stəkan. 

İkinci həftə: Hər gün 1 stəkan. 

Üçüncü həftə: 2 gündən bir 1 stəkan. 

Dördüncü həftə: Üç gündən bir 1 stəkan. 

Beşinci həftə: 7 gündən bir 1 stəkan. 

Altıncı həftə: Bədəninizə istirahət verin. 

Yeddinci həftə: Hər gün səhər və axşam 1 stəkan.

Çox vaxt bu fərqli növlərin xırmanı qarışdırılaraq təbii əczəxanalarda satılır. Bu da müalicənin təsirinə mənfi təsir edir. Nəticədə doğru bitki seçimi edildikdən sonra bu seçilən bitkinin hansı hissələrinin istifadə edilməsini bilmək lazımdır (bitkinin hamısımı, yalnız köklərimi, yalnız çiçəklərimi və ya saplaqları ilə birlikdə yarpaqlarımı kimi). Çünki seçilən bitkinin yarpaqları, çiçəkləri və köklərində ayrı-ayrı təsirli maddələr vardır. Elə bitkilər var ki, yalnız kökləri istifadə edilə bilər, elə bitkilər də var ki, yalnız yarpaqları ilə birlikdə istifadə edilməsi lazımdır və s.

1 aprel 2014
GO BACK