Qadin.NET / Kürək ağrılarını azaldan 3 yoqa hərəkəti

Kürək ağrılarını azaldan 3 yoqa hərəkəti

 

Uşaq hərəkəti (child pose)

Bu yaxşı bilinən yoqa hərəkəti, bel ağrıları üçün idealdır. Həm yataqda, həm də yoqa döşəyində dartınmaq üçün ideal yoldur. Ən ideal vaxt yatmadan əvvəldir. Rahat yatmağınıza kömək edəcək.

 

Kürək ağrılarını azaldan 3 yoqa hərəkəti

 

Dizlərinizin üstündə oturun və qollarınızı havaya qaldırın. Nəfəs alın və nəfəs verərkən döşəməyə doğru əllərinizi hərəkət etdirin. Bunu təxminən 10 saniyədə edin və yenidən yuxarı qalxın.

 

Dartınma hərəkəti (Forward Bend)

Narahat olmayın, bu idman üçün elastik olmağınıza ehtiyac yoxdur. Bu hərəkət, kürəyi elastik hala salır. Bu məşqlə alt və üst kürəyinizi darta bilərsiniz. Bu hərəkət, hərəkətsiz gün keçirdikdən sonra bədəni dartmaq üçün idealdır. 

 

Kürək ağrılarını azaldan 3 yoqa hərəkəti

 

Ayaqlarınızı açın, rahat hiss edəcəyiniz formada dayanın, dizlərinizi xəfif bükün. Sonra önə doğru əyilin və əllərinizlə yerə dəyməyə çalışın. Əlləriniz enə bildiyi nöqtəyə qədər endirin və ayaqlarınızı tutmağa çalışın. 10 saniyə sabit qalın və təkrarlayın. 

 

Pişik-inək hərəkəti (Cat and Cow Pose)

Bu məşq eyni zamanda yataqda asanlıqla edilə bilər. Bu yuxu vaxtı üçün ideal seçimdir. Kürəyinizi yuxarı və aşağı hərəkət etdirərək, onurğanızı və kürəyini biraz daha sərtləşdirir. Bu məşqlə rahatlığı hiss edəcəksiniz.

 

Kürək ağrılarını azaldan 3 yoqa hərəkəti

 

Əllərinizin və dizlərinizin üstündə durun. Başınızı aşağıya yatızdırın və kürəyiniz arxaya doğru dartınmağa çalışın. Başını qaldırın və geriyə hərəkət edin.

 

29 noyabr 2019
GO BACK