1. Yürüyüş
Gün ərzində 15-20 dəqiqəlik davamlı yürüşə çıxmaq oynaq ağrılarından xilas olmağınıza kömək edəcək.
2. Boyun dartma
Sağ əlinizi başınızın sol tərəfinə qoyaraq başınızı sağ çiyninizə doğru dartmağa çalışın. Bu əsnada başınızla bu hərəkətə qarşı dayanmağı yoxlayın. Əl dəyişdirərək məşqi yenidən edin. Ən çox 15 dəqiqə davam edən bu məşq gündə 2 mərhələ halında edilməlidir.
3. Yarım ay hərəkəti
Bu hərəkət kürək ağrılarını azaltmaq üçündür. Ayaq üstdə və ya oturacaqda oturarkən əllərinizi başınızın üstündə birləşdirin. Əllərinizi birləşdirdikdən sonra sağa və sola doğru dartının. Əgər yerə oturaraq edirsinizsə, hərəkəti iləri-geri edə bilərsiniz. Bunu edərkən kürəyinizi dik saxlayın.
4. Pişik-dəvə məşqi
Düz yerdə ovuc içləriniz yerə qoyun və dizləriniz yerdə olacaq formada dayanın. Kürəyinizi aşağı-yuxarı 15 saniyə ərzində hərəkət etdirin.