Dizlər sinədə
Qarın əzələlərini gücləndirir, həzm sistemini asanlaşdırır, yağ yandırmağa kömək edir.
Kürəyinizi oturacağa söykəmədən dik formada oturun
Ayaqlarınızı çanaq genişliyində açıq tutun.
Kürəyiniz düz, sağ dizinizi sinənizə doğru qaldırın və qarın əzələlərini içəriyə doğru çəkin.
Sıra ilə hər iki ayağınızla bu idmanı 20-30 dəfə təkrar edin.
İki diz sinədə
Bu hərəkətlə bütün qarın əzələləriniz təsirli və xəfif işləyir.
Ayaqlarınızı birləşdirin.
Oturacağın yanını iki əlinizlə tutun.
Kürəyinizi dik tutun, dizlərinizi sinənizə doğru qaldırın. Qarın əzələrinizi hiss edin.
Ayaqlarınız yerə endirin, amma yerə toxunmasın.
Bu hərəkəti 10-20 dəfə təkrar edin.
İki diz sinədə və bədən yana əyilmiş
Belinizə forma verir. Bel ətrafındakı yağları əridin.
Oturacağın ucuna dik formada oturun və iki əlinizlə oturacağın kənarlarını tutun.
Bədənizi yana əyin və sadəcə tək ayağınızın üstünə oturun.
Ayaqlarınızı birləşdirin və iki dizinizi sinənizə doğru qaldırın.
Başlanğız hala qayıdın və digər tərəfə yönəlin.
Bu hərəkəti hər iki tərəfə üçün 10-20 dəfə təkrar edin.