1. Gündəlik oruc tutun
Səyahətdə olarkən qidalanmağımız pozulur və buda artıq çəki almağımıza səbəb olur. Əgər bundan qorxursunuzsa, tək etməli olduğunuz gündəlik oruc tutmaqdır. Bu formada oruc tutduqdan sonra maddələr mübadiləsinin sürətlənməsi və yağların əriməsi asan olur. Həmçinin gün ərzində ac qaldığınız üçün pəhrizdən kənar bir şey yesəniz belə çəki almayacaqsınız. Gündəlik 6-8 saat yatdığınız üçün, bu müddəti onsuzda ac keçirirsiniz. Bir çox insan bu müddəti 12 saata tamamlamağa üstünlük verir. Yəni səhər saat 7:00-də qalxan və axşam 11:00-də yatan biri, sadəcə səhər 8:00 və axşam 8 saatları arasında qidalanır, geri qalan zaman ərzində isə qidalanmır.
2. Ağıllı seçimlər edin
Səyahətdə olarkən əsasən şəkərli içkilər qəbul edirik, ancaq bunun yerinə proteinlə zəngin olan qidalara üstünlük verməlisiniz. Protein sadəcə əzələlərin möhkəmlənməsi üçün deyil, həm də digər hüceyrələr tərəfindən də istifadə edilir və karbonhidratlara nəzərən daha çox müddətdə enerji tədarük edir.
3. İdman etməyi dayandırmayın
Səyahətdə olarkən idman salonuna gedə bilmirsiz, ancaq bədəninizi bir ağırlıq olaraq istifadə etməyə davam edə bilərsiniz. Ayaqlarınızı squat kimi idmanlarda istifadə edə bilər, yüngül idmanlarla məşğul ola bilərsiniz. Bu hərəkətləri hər gün etməyi unutmayın.
4. Boş vaxt tapanda məşq edin
Əgər hərəkətlər etməyə də vaxt tapmırsınızsa, yolu bir vasitə olaraq istifadə edin və ən azından çox gəzin. Bunun yanında lift yerinə pilləkanlardan istifadə edin. Hətta çamadanınız varsa özünüz daşıyın. Qatar, təyyarə kimi vasitələrlə səyahət edirsinizsə, oturduğunuz hər 30 dəqiqə üçün 60 saniyə ərzində məşqlər edin.