Qadin.NET / İdmandan sonra nə yeməli?

İdmandan sonra nə yeməli?

 

İdman etdikdən sonra lazımı miqdarda protein qəbul etmək, bədəninizdə idman edərkən zədələnən əzələri bərpa etməyə və yeni əzələ toxumalarını inkişaf etdirməyə köməklik göstərir. Mütəxəssislər məşq etdikdən sonra 20-24 qram protein qəbul etməyi məsləhət görür. Bu sayədə əzələlərinizin sağalması sürətlənir. İdman sonrası protein ehtiyaclarınızı qarşılamaq üçün protein tozları, yumurta, süzmə pendir, somon, toyuq yeyə bilərsiniz.

 

İdmandan sonra nə yeməli?

 

 

Karbonhidratlar sağalmağa kömək edir

Bədəninizin glikojen depolarınızı məşq əsnasında sərf edir və idman etdikdən sonra karbonhidrat qəbul etmək onları yeniləməyə kömək edir. Karbonhidrat və protein eyni zamanda qəbul edildiyində glikogen sintezi daha da sürətlənir. İdman sonrası 3:1 nisbətində (karbonhidrat: protein) bu ikisini qəbul etməyə çalışın. Məsələn, 40 qram protein qəbul edirsəniz 120 qram karbonhidrat qəbul etməlisiniz. İdmansan sonra karbonhidrat ehtiyacınızı qarşılamaq üçün şirin kartof, kinoa. meyvə, düyü, yulaf, makaron və tünd yaşıl tərəvəzlər yeyə bilərsiniz.

 

İdmandan sonra nə yeməli?

 

 

Yağ düşündüyünüz qədər pis deyil

Bir çox insan idman sonrası yağ qəbulunun həzm sistemini yavaşlatdığını və qiaların əmilimini azaltdığını düşünülür və bu doğru deyildir. Hətta bir araşdırma ya görə idman sonrası yağlı süd qəbulunun yağsız süd qəbul etməyə görə əzələ inkişafını dəstəkləməkdə daha təsirlidir. Məşq sonrası yediyiniz yağ miqdarının az olmasına diqqət yetirmək yaxşı fikir ola bilər, amma yeməyinizdə bir az yağ olması əzələlərin sağalmasına təsir göstərməyəcəkdir. İdman sonrası yeyə biləcəyiniz yağlı yemklərdən bir neçəsi avokado, quru meyvələrdir.

 

İdmandan sonra nə yeməli?

 

 

Bol su için

İdmandan əvvəl və sonra bol su içmək çox əhəmiyyətlidir. Lazımlı miqdarda su içmək bədəninizə etdiyiniz idmandan sonra maksimum faydalıdır.

21 iyul 2018
GO BACK