Qadin.NET / Bəsit idmanlarla arıqlayın

Bəsit idmanlarla arıqlayın

 

Pilləkan çıxıb düşməyin faydaları

Bu idman sayəsində ürək problemlərinizi yaxşılaşdıra və ayaq əzələlərinizi gücləndirə bilərsiniz, həmçinin kaloriya yandıra bilərsiniz. Yarım saat ərzində 342 kaloriya yandıra bilərsiniz. Sümükləri gücləndirir, qan dövranı tənzimləyir və əzələləri işlədir. Hər gün 20-25 dəqiqə, hər pilləyə kürəyinizi dik tutub çıxmağa çalışın. Ayağınızın bükülməsinə diqqət edin. Ayağınızda problem varsa, bu idmanı yavaş-yavaş edin. Hər gün etməyə başlamadan əvvəl həkimlə məsləhətləşin.

Bəsit idmanlarla arıqlayın

 

Velosiped sürməyin faydaları

Gündə 30-35 dəqiqə velosipedə minmək kifayət edəcəkdir. Ürək infarktı riskini 50% azaldır. Kürək ağrısının qarşısını alır. Pedal çevirmə hərəkəti dizlər üçün olduqca faydalıdır. İmmunitet sistemini gücləndirir. 

Bəsit idmanlarla arıqlayın

 

Yeriməyin faydaları

Bu idmanın faydalı olması üçün, hər gün yeriməlisiniz. Ən az yarım saat sürətli formada yerimək lazımdır. Xəfif addımlarla sürətli formada yeriməlisiniz. Ürəyi gücləndirir, ürək xəstəliyi riskini azaldır. Çəki balansda saxlamağa kömək edir. Yağ yandırmağa kömək edir. Sümük əriməsinin qarşısını alır. Yeriyərkən duruşa diqqət etməlisiniz. 

Bəsit idmanlarla arıqlayın

 

24 iyun 2018
GO BACK