Qadin.NET / Yoqanın faydası nədir?

Yoqanın faydası nədir?

 

Yoqanın faydaları, son illərdə edilən araşdırmalarla da təsdiqlənməyə davam edir. Yalnızca  elastikliyinizi artırmaq ya da beyninizi boşaltmaq üçün yoqa edirsinizsə, yoqanın fiziki və zehni olaraq nə kimi faydaları təmin etdiyini öyrənmək sizin üçün heyrətləndirici ola bilər.

Yoqanın faydası nədir?

 

Yoqa ruhi sağlamlığınızı qoruyur

2015-ci ildə Frontiers in Human Neuroscience jurnalında işıq üzü görən bir araşdırmaya görə yoqa, beyin üçün də çox faydalıdır. Yaşlandıqca beynimizdəki boz hüceyrələr azalır və müxtəlif nevroloji və psixoloji problemlər yaşama ehtimalımız artır. Araşdırmada yoqa və meditasiya ilə məşğul olan insanların beyin fəaliyyətlərində də müsbət dəyişikliklər görünmüşdür. Bütün bunların yanında meditasiya, anın daxilində olmağı və olanı olduğu kimi qəbul etməyi öyrədən bir praktikadır. 

 

Yoqanın faydası nədir?

Yoqa ilə güclənə bilərik

Xüsusilə, Hatha Yoqa və Vinyasa Yoqa praktikaları tarazlıq duyğunuzu inkişaf etdirir, bəzi pozaları nizamlı olaraq etdiyinizdə bədəniniz güclənir. Buna görə fiziki olaraq daha güclü və öznüzü güvənli hiss etməyinizdən əlavə, psixoloji olaraq da daha sağlam hiss edərsiniz. Yin Yoqa kimi elastikliyi əsas olan yoqa praktikaları ilə də daha sağlam bir skelet sisteminə sahib ola və xüsusilə, xroniki ağrılardan xilas ola bilərsiniz. 

31 iyul 2017
GO BACK