Qadin.NET / İdmanın uşaqlara xeyri

İdmanın uşaqlara xeyri

İdmanın uşaqlara xeyri

Daimi idman etmək uşaqların çəkisini qaydada saxlayır. Xüsusilə, günümüzdə artan yalnış bəslənmə vərdişlərinə görə uşaqlarda artıq çəki kimi vəziyyətlər artmaqdadır. Bu vəziyyət diabetik xəstəliyə, böyümə hormonunda problemlərə və başqa problemlərə yol aça bilir. 

Balaca vaxtlarından davamlı edilən idmanlar uşaqlarda sümük əriməsi riskini azaldır və 25-30 yaşda sümüklərinin qaydasında olmasına kömək edir. 

Uşaqların davamlı idmanla məşğul olması fiziki hakimiyyət duyğularının və özlərinə güvənlərinin inkişafına köməkçi olar. 

İdmanla məşğul olmaq uşaqların sosial həyatda aktiv olmasına səbəb olar. Uşaqlar idman edərkən digər uşaqlarla ünsiyyət qurmağı, bir qrupa aid olma hissini və paylaşmağı öyrənirlər.

İdmanla məşğul olan uşaqların akademik həyatlarında uğur qazanmaq ehtimalı yüksəkdir. İdman edərkən liderlik xüsusiyyətləri inkişaf edir. 

İdmanın uşaqlara xeyri

Davamlı məşq vərdişinin qazanılması ürək və damar sağlamlığı ilə bağlı risk faktorlarına yaxşı istiqamətdə təsir edir və bu xəstəliklərdən qorunmağa kömək edir.

İdmanla məşğul olan uşaqlar daha çevik və vücudları daha elastik olur. 

İdman edərkən öyrəndikləri intizamı, həyatlarının digər sahələrinə də tətbiq edə bilərlər. 

Uşaqlar idman edərkən qarşılarına hədəf qoymağın, bir məqsədə sahib olmağın dəyərini başa düşürlər. Nə qədər əmək sərf etmək lazım olduğunu öyrənirlər.

Stres artıq uşaqlarda da rastlanır. İdman etmək uşağı rahatladır, stresini alır və vücudundakı mənfi enerjini xaricə atmasında kömək edir.

Uşaq yaşlarında idmanla məşğul olmaq vərdişi olan insanların, sonra idmana davam etmə faizi daha yüksəkdir.

25 fevral 2017
GO BACK