Bu hərəkət sinənizi genişləndirər və güclü hiss etməyinizə səbəb olar. Ayaqlarınızı bir-birinə paralel şəkildə yana açın. Sol ayağınızı 90 dərəcə sola çevirin və sağ ayağınızı içə çevirin. Nəfəs verin və sol dizinizi qatlayın. Sağ ayağınızın düz dayandığına diqqət edin. Qollarınızı çiyin bərabərliyində tutun. Başınızı sola çevirib, biləyinizə baxın. 7 - 10 dəfə təkrar edin və eyni hərəkəti sağ ayağ üçün də edin.
Üçbucaq hərəkəti
Bu hərəkət nəticəsində döş qəfəsiniz rahatlaşar və güclənər, onurğa sütununuz uzanar və qan dövranınız artar.
Ayaqlarınızı yana açın. Sol ayağınızı 90 dərəcə və sağ ayağınızı 15 dərəcə çevirin.
Sol ayağınızın biləyinə sol əlinizlə toxunun (zamanla ovcunuzu yerə qoya biləcəksiniz) və sağ qolunuzu digər qolunuza paralel olaraq vəziyyətdə yuxarı qaldırın. Dizlərinizi və belinizi bükməyin.
Üzünüzü qaldırıb sağ qolunuza baxın. Sağ tərəf üçün də eyni hərəkətləri edin.
Kobra hərəkəti
Kobra hərəkəti ağciyərin həcmini artırır, döş dəfəsinizdəki və qarnınızdakı əzələləri gücləndirir və dik durmağınıza köməklik göstərir.
Üz üstə uzanın və dərin bir nəfəs alın. Yavaşca üst bədəninizi qaldırın, ayaq və qollarınızdan dəstək alaraq tarazlığınıza qoruyun.
Başınızı qaldırıb yuxarı baxın.
Astaca nəfəs verin və ilk pozanıza geri dönün. Hərəkəti hər təkrarladığınızda bədənizi daha çoxyuxarıda saxlamağa çalışın.
Yay hərəkəti
Kürək ağrısı olanlara tövsiyə olunan bu yoqa hərəkəti onurğanızı düzəldər və sinənizi formalaşdırar.
Üz üstə uzanın, nəfəs verin, dizlərinizi bükün və arxadan başınıza tərəf qaldırın. Əllərinizlə ayaq biləklrinizi tutmaya çalışın.
Təkrar nəfəs verin və qollarınız ilə ayaqlarınızı ola biləcəyi qədər yuxarı qaldırmaya çalışın. Ombanız və sinəniz yerdən qalxmalı və qarnınızın üzərində tarazlıq qurmağa çalışın.
30 saniyə ərzində bu vəziyyətdə qalmağa çalışın.
Təkər hərəkəti
Döş qəfsinizi, onurğa sütununuzu və boynunuzu elastikləşdirər, baş ağrınızı kəsər və yorğunluğunuzu alar.
Arxası üstə uzanın və ayaqlarınızı çiyin xətti ilə ombanıza tərəf çəkin.
Əllərinizi başınızın arxasına qoyun və barmaqlarınızın arxasına baxmasına diqqət edin. Nəfəs verin və sinənizi ombanızla birlikdə yuxarı qaldırın. Qollarınız düz şəkildə, bu halda 30 saniyə qalın.