Gözəl ayaqlar üçün idman
Dizlərinizin üzərinə çökün və əllərinizi yerə qoyun. Kürəyinizi də düz tutun. Ayağınızın birini yerdə digərini isə yuxarı qaldırıb endirin. Bunu edərkən ayağınızın yerə dəyməməsinə diqqət yetirin. Hər ayağınızı 15 dəfə qaldırıb endirin. Vaxt keçdikcə bu rəqəmi artırın.
Yerə uzanın, qollarınızı paralel şəkildə yerdə tutun və ayaqlarınızı qaldırın. Qarın əzələlərini bərkitmək üçün topuqlarınızı yerə basın və ayaqlarınızı qaldırın. Bu hərəkəti 15 dəfə edin.
Sinəni bərkitmək üçün idman
Jim vəziyyəti alın. Ayaqlarınız çiyin genişliyində açılmalıdır. Nəfəs alarkən dirsəklərinizi endirin və nəfəsi verərkən ilk pozanızı alın. Bunu bir neçə dəfə edə bildiyiniz qədər edin.
Digər idman hərəkəti üçün 2-4 kq olan iki dənə qantel ehtiyacınız olacaq. Arxası üstə uzanın və dizlərinizi bükün. Qollarınız iki yanda dursun. Nəfəs verərkən qantellər ilə qollarınızı içə doğru hərəkət edirin. Qantellər bir-birinə dəyənə qədər yaxınlaşdırın. Nəfəs alarkən isə qollarınızı yana doğru açın.
İncə bel üçün idman
Yerə uzanın və ayaqlarınızı düz qaldırın. Əllərinizi başınızın altına qoyun. Dərin bir nəfəs alaraq başınızı qarnınıza doğru qaldırın. Sağ dirsəyinizin sol dizinizə dəyməsinə icazə verin. Eyni cür sol dirsəyinizi sağ dizinizə yaxınlaşdırın. Bu çarpazlaşma hərəkətini 15 dəfə təkrar edin.
Tərcümə: Bəsti