Qadin.NET / Squat nədir, necə edilir?

Squat nədir, necə edilir?

Squat- ana dilimizdə "çöməlmə" olaraq məna ifadə edən hərəkət, bədən əzələsi inkişaf etdirmə hərəkətlərindən ən əhəmiyyətlilərindən biridir. Son zamanlar olduqca göz önündə olan squat sizlərin də mütləq marağını çəkmişdir.

Bud hissələrinizi formalaşdırmaq və çox gözəl bir görünüşə qovuşmağınızı istəyirsinizsə, hər gün nizamlı şəkildə bu işi etdiyiniz təqdirdə böyük nəticələr əldə edə biləcəyinizdən əmin ola bilərsiniz!

Əvvəlcə bu mövzuyla əlaqədar bir çox yazı və video taparaq Squat təcrübənizi zənginləşdirə bilərsiniz. Amma Squatk edərkən diqqət yetirməyiniz  gərəkən bir neçə ünsür var!

Nə qədər yerə yaxınlaşsanız o qədər yaxşıdır.

Squat edərkən kürəyiniz dik, ayaqlarınız  yerə paralel olmalıdır.

Düzlərə diqqət!

Squatın ən əhəmiyyətli qaydalarından biri dizlərə diqqət etməkdir. Əgər dizləriniz barmaq uclarınızı keçirsə, istədiyiniz nəticəni əldə edə bilməzsiniz. Bu səbəblə onların barmaq uclarınızı keçməməsinə diqqət göstərməlisiniz.

Ayaqları çiyin genişliyində açın!

Squata başlamadan əvvəl ayaqlarınızı çiyin genişliyində açdığınıza əmin olun. Bu məşq eyni zamanda bir tarazlıq məşqi olduğundan, beləcə tarazlığınızı daha asan təmin edə biləcəksiniz.



Squatın arıqlamağa faydası.

Arıqlamaq  və çəki azaltmaq istəyənlərin də eyni şəkildə squat hərəkətini mütləq etməsi tələb olunur. Bud əzələlərini ən çox işlədən hərəkət olan squat, böyük bir əzələ kütləsini hərəkətə keçirərək nəbzi sürətləndirir, qan dövranını artırar. Beləcə yağ əriməsi sürətlənər və daha sürətli kilo verilir. Bunun yanında bud nahiyəsində yığılmış olan yağları sürətli bir şəkildə əriməyə başlayar. Daimi olaraq squat edən bir qadında selülit olma ehtimalı yoxdur. Selülitli bir görüntü meydana gəldisə, yenə bu məşqi nizamlı olaraq etdiyimizdə bu çətinlikdən xilas ola bilərik.

25 aprel 2016
GO BACK