Hər qadının qiptə etdiyi cazibadar ayaqlara qovuşmaq əslində çox asan imiş. Edəcəyiniz doğru hərəkətlərlə ayaqlarınızın hər kəsdən fərqli olmasına səbəb olacaq;
1-ci hərəkət
İlk hərəkətiniz bel üstə vəziyyətidir. Bel üstündə uzandıqdan sonra, ayaqlarınızı şəkildəki kimi pilates topu və ya bir oturacaq stola yerləşdirin. Əllərinizin mövqeyii ovuc içəriniz yerə dəyəcək şəkildə və şəkildə gördüyünüz kimi saxlayın. Bu hərəkəti pozmayın. Bud-çanaq oynağını sıxa bildiyiniz qədər sıxın və eyni anda ayaqlarınızı irəli-geri etdirərək hərəkət etdirin. Bu hərəkəti hər iki ayaqlarınız üçün 30 dəfə təkrarlayın.
2-i hərəkət
İkinci hərəkətiniz ayaq üstə olacaq. Ayaq üstə durarkən şəkildəki kimi ayağınızın birini oturacağa uyğun şəkildəki kimi yerləşdirin. Daha sonra duruşunuzu pozmadan bədəninizi önə doğru əsnədə bildiyiniz qədər əsnədin. Bu hərəkəti hər iki ayaqlarınız üçün 30 dəfə təkrarlayın.
3-cü hərəkət
Üçüncü hərəkətimiz isə pilates topumuzun üzərində olacaq. Pilates topunun üzərinə (oturacaq stol da ola bilər) şəkildəki kimi otururuq və əllərimizə eyni ağırlıqda olan ağırlıq alırıq. Bu ağırlıqları şüşə sok qabılarlada edə bilərik. Bu pozaya gəldikdən sonra pilates topuna otururmuş kimi hərəkət edib qalxırsınız. Bu hərəkəti edə biləcəyiniz qədər sürətli etməlisiniz. Bu hərəkəti də ən az 30 dəfə təkrarlamalısınız.
4-cü hərəkət
Dördüncü hərəkətimiz yənə də yerdə olacaq. Şəkildəki kimi yənə də vəziyyəti alın. Ayaqlarınızı qırıq şəkildə və üst-üstə atın. Əllərinizi başınızın arxasına qoyun. Bu vəziyyəti pozmadan ən az 10 dəfə etməlisiniz. Bədəninizi 90 dərəcə çevirərək şəkildəki kimi gövdənizi ayaqlarınıza dəydirməyə çalışın. Eyni hərəkəti digər ayaqlarınız üçün də edin.