Fiziki məşğələlərin faydası
Düzgün məşğələlər sizə bir ovuc həbdən daha yaxşı kömək edər. Özünüzə qulluq edin – müntəzəm surətdə idman və ya bədən tərbiyəsi ilə məşğul olmağa başlayın.
İdman məşğələləri:
- ürəyin fəaliyyətini yaxşılaşdırır, ürək əzələlərini möhkəmləndirir;
- qan təzyiqiniz yüksəkdirsə, fiziki məşğələlər onu aşağı salar. Əgər təzyiq aşağıdırsa , onda fiziki məşğələlər sayəsində normal səviyyəyə yüksələr;
-qanın oksigen daşıma qabiliyyətini artırır;
-nəbzin tezliyini azaldır. Bu vacibdir,çünki, ürəyin artıq yüklənməsi lazım deyil. Əgər sakit halda nəbziniz 80 dəfə vurursa, bu o deməkdir ki, sizin ürəyiniz artıq yüklənib ;
-qan dövranını yaxşılaşdırır ;
-kimyəvi aktivliyi artıraraq , tənəffüsün daha da dərinləşməsinə səbəb olur. Bu zaman ağciyərlər genişlənir və onların işi daha effektiv olduğundan , orqanizmdən daha çox karbon qazı xaric edilir ;
-əzələlərin gərginliyini aradan qaldırır və neqativ emosional sıçrayışları zəiflədir. Siz özünüzü yaxşı hiss edirsiniz, daha az əsəbləşir və qıcıqlanırsınız ;
-qazların miqdarını və qəbizliyin tez-tez baş verməsini aradan qaldıraraq , həzm prosesini və ifrazatı yaxşılaşdırır ;
-əzələləri , sümükləri , vətərləri möhkəmləndirir ;
-bədən quruluşunuzu yaxşılaşdırır ;
-təkcə kalorinin yanması hesabına deyil , həm də metabolizmin tempinin nizamlanması yolu ilə artıq çəkidən azad olmağa kömək edir ;
-qocalma prosesini zəiflədir ; daha cavan görünməyə başlayırsız ;
-dözümlülüyü artırır və yorğunluq hissini kənarlaşdırır , emosional yorğunluq üçün ən yaxşı dərman hesab olunur ;
İdman məşğələlərinin bütün üstünlüklərini hiss etsəydi, bir çoxları fiziki fəallığa razılıq verərdilər.