Qadin.NET / Sürətli yağ yandıran 2 idman hərəkəti

Sürətli yağ yandıran 2 idman hərəkəti

Burpee hərəkəti

Bu məşq 10 dəqiqədə 100-dən çox kalori yandırmağınıza kömək edir. Bütün bədən əzələlərini işlədir. 

Dik durun və əyilərək əllərinizi bədənizin önündə yerə qoyun. Ayaqlarınızı arxaya çəkərək jim vəziyyətində, heç gözləmədən sinənizi yerə dəydirin. Sinənizi qaldırıb yüksəltdikdən sonra ayaqlarınızı squat pozasında geri çəkin. Heç gözləmədən qolları yuxarı qaldırıb, hoppana bildiyiniz qədər yüksəyə hoppanın, başlangıc vəziyyətinə qayıdın.

Kick boks

60 dəqiqəlik kick boks 300-400 arası kaloriya yandırmağınıza kömək edir. Müqaviməti artırır.

Qollarınızı sinə bərabərliyində yumru olacaq formada yerləşdirin. Ayaqlarınızı çiyin bərabərliyində açın. Sağ ayağınızla önə doğru yarım hərəkət edin və sağ dirsəyinizlə yana doğru yumruq atın.

6 sentyabr 2020
GO BACK