1-ci hərəkət
Kürəyi üstdə uzanın. Dizlərinizi 90 dərəcə büküb ayaqlarınızı qaldırın. Qollarınızı ovuc içlərinə baxacaq formada tavana uzadın. Nəfəs alarkən hərəkətə hazırlanın. Nəfəs verərkən kürək sümüklərinin bərabərliyində qalxın. Qollarınızı endirin, ayaqlarınızı dizləriniz düz olana qədər iləri uzadın. Nəfəs alarkən başlanğıc vəziyyətinə qayıdın.
2-ci hərəkət
Kürəyi üstdə yatın. Dizlərinizi 90 dərəcə büküb ayaqlarınızı qaldırın. Qollarınızı ovuc içləri bir-birinə baxacaq formada tavana doğru uzadın. Nəfəs alarkən hərəkətə hazırlanın. Nəfəs verərkən qollarınızı başınızın iki yanına qulaqlarınızın yanına gətirərək ayaqlarınız iləri doğru V formasında uzadın. Nəfəs alarkən başlanğıc vəziyyətinə qayıdın.
3-cü hərəkət
Kürəyi üstdə yatın. Dizlərinizi 90 dərəcə büküb ayaqlarınızı qaldırın. Qollarınızı ovuc içləri bir-birinə baxacaq formada tavana doğru uzadın. Kürək sümüklərinizə qədər qalxıb dizlərinizi özünüzə tərəf çəkin. Digər düz ayağınızı iləri uzadın. Nəfəs alarkən hərəkətə hazırlanın. Nəfəs verərkən ayaqlarınız yer dəyişdirsin, siz başınızın və qollarınızın vəziyyətini dəyişməyin.