Qadin.NET / Yaşlıların ömrünü uzadan 4 idman hərəkəti

Yaşlıların ömrünü uzadan 4 idman hərəkəti

1 Davamlı ayaq üstdə dayanın

Gün ərzində çox otursanız da, bir saatdan bir ayağa qalxmağa çalışın. Mümkündürsə, qollarınızı və ayaqlarınızı bir neçə dəqiqə hərəkət etdirin. 

2. Söykənmədən

Heç bir yerə tutunmadan ayaq üstdə dayanmağa çalışın. Qollarınız sinənizin üzərində olacaq formada qolsuz oturacağa oturun. Önə əyilin. Qabağa əyilərkən ağırlığınızı ayaqlarınıza verin. Dizlərinizi düzləşdirərək ayağa qalxın. Yenidən oturun. Bunu bacardıqca çox təkrar edin. 

3. Dartınma hərəkəti

Bədənizin elastikliyini qorumaq üçün hər gün yataqda və ya stolda xəfif dartınmağı yoxlayın. 

4. Yerimək

Sabit oturmayın, bir otaqdan digərinə gedin və nə qədər vaxt sərf etdiyinizi ölçün. Hər gün öz rekordunuzu keçməyə çalışın. Bu məşqlər evdə hərəkətli qalmağınıza kömək edəcəkdir. 

15 iyun 2020
GO BACK