Kobra hərəkəti
Kobra olaraq bilinən bu hərəkət, qarın əzələlərini işlətmək üçün ən yaxşı yoqa hərəkətlərindən biridir. Düz və əzələli qarın istəyirsinizsə, gündə bir neçə dəqiqə bu hərəkəti edin.
İlk olaraq döşəmənin üstünə üzü üstdə uzanın. Əllərinizi çiyinlərinizin altına yerə qoyun, dirsəklərinizi dartın. Ayaqlarınızın üst hissələrini istifadə etmək üçün yuxarı darının. Gövdə və başınızı bükərək 5 saniyədə bu pozada dayanın. 8 və ya 10 dəfə təkrar edin.
Kumbhakasana hərəkəti
Bu hərəkət günəşi salamlamaq kimi bilinir. İlk olaraq yoqa döşəmənizə uzanın. Sonra ayaq barmaqlarınızın üstündə dayanmaq üçün qollarınızı dartaraq bədənizi qaldırın. Bədənin geri qalanı düz olmalıdır. Qarın əzələlərinizi və ayaqlarınızı 15 saniyə ərzində sıxın. Son 10 saniyədə rahatlayın. Bunu ən az 5 dəfə təkrar edin.
Ustrasana hərəkəti
Kürəyinizi düz olaraq dizlərinizin üstündə yoqa döşəyində dayanın. Dizləriniz çiyin bərabərliyində olmalıdır. Qollarınızı paralel olaraq qabağa doğru uzadın və bədənizi geri atın. 10 saniyə bu halda dayanın, orjinal pozaya geri qayıdın və 3-6 dəfə təkrar edin.