Qadin.NET / Mədə detoksu

Mədə detoksu

 

Sağlam qidalanmağa diqqət etməkdən əlavə hər gün mütləq 30 dəqiqəlik yürüyüşə çıxmağı unutmayın. 3 günlük detoksla yağları yandıra bilərsiniz.

 

Mədə detoksu

 

1-ci gün detoksu

Səhər oyanan kimi 1 stəkan limonlu su için. Meyvə və ya təzə meyvə salatını yemək siyahınızdan çıxarmayın. Aralarda limonada davam edin. Aclıq yaranarsa, 2 dilim çovdar çörəyi və ya 2 ədəd bisküvit yeyə bilərsiniz. Gün ərzində 8 stəkan limonad için. Bağırsaq sağlamlığı üçün form çayı için.

 

Mədə detoksu

 

2-ci gün detoksu

 

Səhər: 1 yaşıl çay, 2 dilim qızarmış kəpək çörəyi, göyərti, 2 qoz və 1 kök

 

Günorta yeməyi: 2 qatı yumurta, 1 porsiya qaynadılmış ispanaq, 1 ədəd pomidor

 

Axşam: 200 qramlıq 1 biftek, zeytun yağlı və limonlu yaşıl salat. (ara yeməklərdə salat, yaşıl alma, 10 stəkan su və 3-4 fincan açıq yaşıl çay) 

 

3-cü gün detoksu

 

Mədə detoksu

 

Səhər: 1 yaşıl alma və 2 dilim ananasla hazırlanmış meyvə salatı. Çovdar çörəyi, bisküvit. Ara yeməklərdə 8-10 stəkan limonad. Bitki çayları için.

 

Günorta yeməyi: 1 ovuc lobya, 2 kabak, yarım dəstə şüyüd, 3 ədəd soğan. Dadlandırmaq üçün qurudulmuş tərəvəz yeyilə bilər. Qırmızı bibər, pomidor və köri əlavə edilə bilər. Qəbul edə bildiyi qədər su (təxminin 1 litr) əlavə edərək şorba kimi için. Tərəvəzlər təzə olmalıdır.

 

Axşam: Günorta yediyiniz tərəvəz yeməyindən yenidən yeyin. Aclıq yaranarsa 1-2 dilim çovdar çörəyi, 1 paket pəhriz büskivit yeyilə bilər. 10 stəkan su və 3-4 fincan açıq yaşıl çay.

 

30 sentyabr 2019
GO BACK