Qadin.NET / Pizza ilə pəhriz olur?

Pizza ilə pəhriz olur?

 

Pəhrizdə olarkən edilən ən böyük səhv müəyyən qaydalara  tamamilə bağlı qalmaq və bədənin ehtiyacı olan qidalardan məhrum buraxmaqdır. Əslində etməniz lazım olan mağazada satılan paketli məhsullar yerinə evdə özünüzün hazırladığınız sağlam qidalar yeməkdir. Sizlərə pəhrizdə olarkən rahatlıqla yeyə biləcəyiniz pizzanı təqdim edirik:

 

Pizza ilə pəhriz olur?

 

 

Tərkibi:

50 qram sosiska

2 yemək qaşığı qarğıdalı

3 ədəd yaşıl bibər

1 ədəd qırmızı bibər

2 yemək qaşığı tomat pastası

Qara zeytun

Pomidor

Lor pendiri

 

Pizza ilə pəhriz olur?

 

 

Hazırlanması:

1 yemək qaşığı quru mayanı su olan stəkana əlavə edin. 15 dəqiqə saxladıqdan sonra 1 çay qaşığı duz, tam buğqa unu və ilıq su ilə birlikdə yoğurun. 20 dəqiqə saxladıqdan sonra 1 çay qaşığı duru yağ ilə pizzanı bişirəcəyiniz qabı yağlayın. Xəmiri yayın və üzərinə əvvəlcə tomat pastasını və lor pendirini əlavə edin. Sonra digər tərkibi əlavə edin. Sobada bişirin.

19 mart 2018
GO BACK