Pəhriz və idman etdiyimiz halda çəki ata bilməməyinizin səbəbi pəhriz əsnasında yediyiniz, çəki atmağınızın qarşısını alan qidalar ola bilər. Sizə pəhriz edərkən yeməməli olduğunuz qidaları təqdim edirik:
Ağ çörək
Pəhrizdə çörək yeməyi tamamilə saxlamaq məcburiyyətində deyilsiniz, lakin ağ çörəkdən uzaq dayanmalısınız. Çünki ağ çörəyin heç bir qida dəyəri yoxdur və sadəcə karbonat tərkiblidir.
Meyvəli soda
Meyvəli sodaların tərkibindəki çox miqdarda şəkər çəki artımına səbəb olur. Sadə soda içə bilərsiniz, lakin pəhrizdə içilməsi lazım olan və çəki atmanızı asanlaşdıran içki sudur.
Günəbaxan yağı
Günəbaxan yağı bir başa olaraq çəki artımına səbəb olur. Günəbaxan yağı yerinə zeytun yağı istifadə edə biləriniz.
Tam yağlı süd
Tam yağlı süd tərkibindəki yağa görə arıqlamağınızı çətinləşdirir. Bir başa süd içmək əvəzinə südlü məhsullar yeyərək kalsium ala bilər ya da yağsız süd içə bilərsiniz.
Kartof
Qızarmış kartof ya da cibsi pəhrizdə yeyilməməli olan, zərərli və çox yağlı qidalardır. Əgər içmək istəyirsinizsə, sobada bişirilmiş və qaynadılmış kartof yeyə bilərsiniz.
Qurudulmuş meyvələr
Tərkibindəki suyu itirərək qurudulan meyvələr, daha çox kaloriyalıdır və çəki artımına səbəb olur. Pəhriz də olarkən ara yeməklərdə təzə meyvələr yeməyinizi tövsiyə edirik.