Tez arıqlamaq istəyirsiniz və südü sevən birisənizsə, bu pəhriz tam sizlikdir. Pəhriz, vitamin baxımından zəngin meyvə və tərəvəzlərdən ibarətdir. Tərkibinə kartof, şəkər, kök, təzə lobya, quru lobya daxildir.
Birinci gün
Saat 7:30-da iki ədəd kivi
8:00-da südlü yulaf əzməsi
10:00-da bir kasa qatıq, bir stəkan acı qəhvə
11:00-da bir ədəd alma
13:00-da tərkibində zeytun yağı və limon suyu olan yaşıl salat
15:00-da 80 qram qaynadılmış toyuğun döş əti, bir dilim pendir, 100 qram kələm
17:00-da bir ədəd armud
19:00-da bir stəkan portağal suyu və bir ədəd portağal
19:00-da iki ədəd qızarmış yumurta, bir stəkan süd
İkinci gün
7:30-da bir ədəd portağal
8:00-da südlü yulaf əzməsi
10:00-da bir dilim mürəbbəli çörək, bir stəkan çay və ya qəhvə
11:00-da bir ədəd alma
13:00-da 100 qram qaynadılmış balıq
15:00-da qatıq, salat və qaynadılmış tərəvəz
17:00-da bir ədəd armud
19:00-da bir stəkan portağal suyu və bir ədəd portağal
19:30-da yaşıl salat, yağsız kəsmik, bir stəkan süd
Üçüncü gün
7:30-da bir stəkan təzə sıxılmış meyvə suyu
8:00-da südlü yulaf əzməsi
10:00-da süd, çay və ya bir fincan qəhvə
11:00-da bir ədəd alma
13:00-da 100 qram qaynadılmış dana əti
15:00-da salat, qaynadılmış tərəvəz, 2-3 dilim pendir
17:00-da dörd ədəd badam, üç ədəd fındıq, bir ədəd qoz
19:00-da bir stəkan portağal suyu, bir ədəd portağal
19:30-da kələm, pendir və bir stəkan süd
Dördüncü gün
7:30-da iki ədəd mandalin
8:00-da südlü yulaf əzməsi
10:00-da bir dilim qara çörək, bir stəkan çay, süd və ya qəhvə
11:00-da bir ədəd alma
13:00-da 100 qram qaynadılmış balıq
15:00-da yaşıl salat, qaynadılmış badımcan, iki dilim pendir
17:00-da dörd ədəd quru ərik və quru alça
19:00-da pomidorlu qızarmış yumurta
19:30-da qaynadılmış tərəvəz və bir stəkan süd
Beşinci gün
7:30-da iki ədəd kivi
8:00-da südlü yulaf əzməsi
10:00-da bir dilim mürəbbəli şörək, bir stəkan çay və ya qəhvə
11:00-da bir ədəd alma
13:00-da 100 qram qaynadılmış toyuğun döş əti
15:00-da yaşıl salat, 100 qram gül kələmi və ya brokoli, süd və ya qəhvə
17:00-da bir ədəd armud
19:00-da bir ədəd portağal suyu və bir ədəd portağal
19:30-da pomidor, pendirli bişmiş kartof və süzmə pendir
Altıncı gün
7:30-da portağal
8:00-da yulaf əzməsi
10:00-da bir dilim çörək, bir stəkan süd, qəhvə və ya çay
11:00-da bir ədəd alma
13:00-da qaynadılmış tərəvəz
15:00-da 100 qram qaynadılmış balıq, yaşıl salat, bir dilim pendir
17:00-da dörd ədəd badam, üç ədəd fındıq, bir ədəd qoz
19:00-da iki ədəd qızardılmış yumurta
19:30-da qaynadılmış tərəvəz, salat
Yeddinci gün
Bütün gün ərzində 1,5 kq alma (1,5 kq almanı altı hissəyə bölüb elə yeməli)
Bu pəhrizi həkiminizə danışmadan etməyin.