Qadin.NET / Kartof pəhrizi (3 günə 5 kilo)

Kartof pəhrizi (3 günə 5 kilo)

Kartof pəhrizi (3 günə 5 kilo)

Pəhrizlər sırasına biri daha əlavə olundu. Kartof dietası. Son dövrdə adını sıx eşitmisinizdir. 3 gündə 5 kilo azaltan kartof pəhrizi ilə formanızı təmin edərmisiniz bilmirik, amma sağlamlığınızı əldən verəcəyinizi bilirik.

Sizə kartof dieti haqqında bir az məlumat verək. 3 gündə 5 kilo azaldan kartof pəhrizinə qidalanmada şüursuzca edilən bütün səhvlər var.

 Əvvəcə niyə sağlam qidalanmalıyıq ondan danışaq.

Sağlam qidalanma nədir və necə olur?

Sağlam qidalanma nizamlı qidalanma deməkdir. Nizamlı qidalanma isə; qida qruplarından bədənin ehtiyacı olan qədərini kafi bir şəkildə almasıdır. Yediyimiz hər yeməyin daxil olduğu bir qida qrupu vardır. Bədənimizində bu yeməklərin içərisində olduğu 5 təməl qida qrupuna ehtiyacı vardır. Bu qida qruplarındakı yeməklərin tərkibinə karbohidrogen, protein, mineral, vitamin və lif daxildir.

5 əsas qida qrupunda nələr var?

Süd və süd məhsulları

Ət qrupu

Tərəvəz və meyvələr

Taxıl qrupu

Yağ və şəkər qrupu


Kartof pəhrizi niyə təhlükəlidir?

Kartof pəhrizi karbohidrogen ağırlıqlı bir qidadır. Bu səbəblə sadəcə kartof yeyərək sağlam bir qida təmin etmiş olmayacaqsınız.

Kartof pəhrizi necə edilir?

 

 

Kartof pəhrizi (3 günə 5 kilo)



 

Əvvəcə kartof pəhrizində qaynadılmış kartof yeyilir. Həftəlik pəhriz cədvəli bu cürdür:

1-ci gün

Səhər yeməyi: qaynadılmış kartof və 4 qaşıq qatıq.

Günorta yeməyi: qaynadılmış kartof və 4 qaşıq qatıq.

Axşam yeməyi: 8 qaşıq qatıq.

2-ci gün

Səhər yeməyi: 4 qaşıq qatıq.

Günorta yeməyi: qaynadılmış kartof və 3 qaşıq qatıq.

Axşam yeməyi 8 qaşıq qatıq və qaynadılmış kartof.

3-cü gün

Səhər yeməyi: qaynadılmış kartof.

Günorta yeməyi: qaynadılmış kartof və 3 qaşıq qatıq.

Axşam yeməyi: 4 qaşıq qatıq.

Qaynadılmış kartof və 4 qaşıq qatıq ilə davam edən bu pəhriz cədvəli 3 günə 5 kilo itirməyinizə köməklik edəcək, amma sağlamlığınıza da təsir edəcək.

 

 

Kartof pəhrizi (3 günə 5 kilo)



 

Sağlam və qalıcı kilonu necə əldə etməli?

Əvvəlcə pəhriz 1 həftəlik 3 aylıq kimi müəyyən bir müddət içində edilib saxlanılmamalıdır.

Pəhriz, sizə və sağlamlığınıza zərər verən qidalanma vərdişlərindən xilas olmaq deməkdir və həyatınızın hər hissəsində uyğunlaşa biləcəyiniz bir nizam olmalıdır.

Su içməyi heç vaxt saxlamayın.

Duz və şəkərin böyük bir hissəsini həyatınızdan çıxartın. Yağı da azaldın.

Xüsusilə də, evdə hazırlanmış qatıq yeyin.

İdman edin.

Səhər yeməyini heç vaxt unutmayın.

Süfrəyə heç vaxt çox ac oturub, çox tox qalxmayın.

Bitki çaylarını həyatınıza daxil edin.

17 mart 2018
GO BACK