Qadin.NET / Kökəlmək üçün bunlar vacibdir!

Kökəlmək üçün bunlar vacibdir!

Kökəlmək üçün bunlar vacibdir!

Bədəninizə uyğun paltar tapa bilmirsiz? Geydiyiniz hər şey üstünüzdən düşür? Bir çoxları artıq çəkidən azad olmaq üçün müxtəlif proqramlar tətbiq edərkən, siz ancaq kökəlmək istəyirsiniz? Bu zaman aşağıdakı yazı tam sizə görədir.

 

Kökəlmək və orqanizmdə olan zəifliyi aradan qaldırmaq istəyənlər ilk növbədə zəifliyin səbəbini bilməlidirlər. Bura qalxanvarı vəzinin sürətlə işləməsi, bağırsaqlarda parazit olması, iltihablı bağırsaq, genetik və psixosomatik səbəblər aid edilə bilər. Təbii ki, əsas səbəbi həkim doğru söyləyəcəkdir. Əgər hormonal səbəblərdən ötəri zəiflik meydana gəlmişsə, hormon müalicəsi kafi hesab olunur. Orqanizimdə olan parazitlərdən qaynaqlanırsa bu zaman müxtəlif dərman və tabletlərlə müalicə edilir. 

Kökəlmək üçün bunlar vacibdir!

Parazitlər və ya qurdlar aradan qaldırıldıqda təbii olaraq kökəlmə reallaşa bilər. Düzgün qidalanma problemi olduqda isə qidalanma vərdişlərinin düzgün təşkil edilməsi vacibdir. Onuda qeyd etmək lazımdır ki, insan boyuna görə də çəki gözlənilməlidir. Əgər nəzərdə tutulandan aşağıdırsa bu artıq zəiflik, çox aşağıdırsa ciddi zəiflik kimi qiymətləndirilir. Kökəlmək üçün insanın gündəlik enerjisi müəyyən olunduqdan sonra + 1000 kalorilik enerji əlavəsi tətbiq olunaraq müalicə aparıla bilər.

Bu ilk növbədə qidalanma vərdişini müəyyənləşdirməkdən keçir. Bu zaman qida rasionunda nəzərdə tutulan paylar artırılaraq, gün ərzində 3 dəfə qəbul olunmaqla tənzimlənə bilər. Lakin unudulmamalıdır ki, həmin payların qida dəyəri yüksək yeməklərdən ibarət olmalıdır. Enerji daha çox karbohidratların çoxaldılması ilə təmin edilməlidir. Pəhriz vitamin və mineral məzmunu ilə zəngin olmalıdır. Xüsusilə B qrupu vitaminlər üstünlük verilməsi məsləhətdir.

Bu qrupdakı vitaminlər iştah artımını təmin edir. Pəhrizin ən əhəmiyyətli xüsusiyyətlərindən biri həcm cəhətdən az olmasına baxmayaraq keyfiyyətli və kökəlməyə səbəb olan qida qəbuludur.

26 sentyabr 2016
GO BACK