Bir əvvəlki xəbərimizdə qeyd etdiyimiz kimi sizə orta əsr gözəllərinin həyat tərzini əks etdirən qidalanma rejimindən reseptlər təqdim etməyə davam edirik. Bu xəbərdə orta əsrlər sultan cariyələrinin qidalandığı 20 səhər yeməyindən olan reseptlərin ikinci hissəsi təqdim olunur.
11. Xaşlanmış dana əti. Tərkibi 500 qr dana əti, 2 yumurta, 1 pomidor, 1 xiyar.
12. Dolma. Bu yemək bir çox ölkələrdə populyardır. Sultan hərəmxanasında dolmanı xüsusi ləzzət və ustalıqla hazırlayırdılar.
13. İçi doldurulumuş bibər. Tərkibi 1 kq bibər, 1 böyük kələm yarpağı, 2 sarımsaq dilimi, kərəviz və cəfəri.
14. Yenə içi doldurulmuş bibər, bu dəfə fərqli formada. Tərkibi 4 iri şirin bibər, 250 qr qabaq, 2 baş soğan, 2 pomidor, 1 yumurta sarısı, göyərti.
15. Yaşıl lobya. 800 qr yaşıl lobya, 2 baş soğan, 1 orta boy kök, zeytun yağı, duz, istiot.
16. Qırmızı lobya əzməsi. Tərkibi, 300 qr qırmızı lobya, 50 qr tahin, 1 yemək qaşığı zeytun yağı, 1 çay qaşığı sirkə.
17. Mərcimək sıyığı. Tərkibi, 300 qr yaşıl və ya qırmızı mərcimək, 400 qr kök, 200 qr qatıq, 1 baş soğan, 2-3 dilim sarımsaq, azca şüyüd.
18. Noxud kotleti. Tərkibi, 400 qr noxud, 1 yumurta, ədviyyat, cəfəri və digər zövqə görə göyərti.
19. Buxarda bişmiş qabaq və pomidor. Tərkibi, 4 orta boy qabaq, 2 iri pomidor, 5 dlim sarımsaq, duz, istiot.
20. Babaqannuş (Badımcan paşteti). Tərkibi, 3 iri badımcan, 3 yemək qaşığı küncüt əzməsi, 3 dilim sarımsaq, duz, istiot və zövqə görə digər ədviyyatlar.