Qadin.NET / Çəki artırmayan çərəzlər

Çəki artırmayan çərəzlər

Bu yazı xüsusilə gecələr acanlara kömək edəcək.

Yay fəslində idman salonlarında insan əlindən yer olmadığının, pəhriz siyahılarının tez bazar hazırlandığının şahidi oluruq. Pəhriz siyahısında adətən axşam heç nə yeməmək tövsiyə olunur. Amma tam əksi insan ən çox axşam saatlarında daha çox acır. Bizlər də sizlər üçün, gecə yesəniz belə kilonuzu artırmayacaq bir neçə doyumlu ara payların siyahısını hazırladıq!

Kök

Həm kilo almağınıza mane olub, həm kilo vermənizi asanlaşdıracaq. Yer kökü həm də dərinizi gözəlləşdirəcək və hətta bədəninizin rəngini dəyişməsinə də köməkçi olacaq.

Kərəvəz

Kərəvəzi yeyərkən qəbul etdiyinizdən daha çox kalori itirəcəyinizi eşitmisinizmi? Bu həqiqətən doğrudur. Terkibindəki su və liflər isə başqa bir qida qəbul etmək istədiyinizin azalmasına səbəb olacaqdır.

Qaragilə!

1 stəkan qaragilənin tərkibi təxminən 80 kaloridi və tərkibində 4 qram zülal mövcüddur. Möcüzə sayılan qaragilə hətta dərinizin parlaqlığının da artmasına təsiri olduqca çoxdu.

Badam

Əgər söhbət pəhrizdən gedirsə, ən iddialı ara payların başında badam durur. Sizi həm tox tutacaq, həm də yemək yemə arzunuzun azalmasına köməkçi olacaqdır. Bundan əlavə badam saçların daha sürətli uzanmasına da böyük təsir edir.

Süzmə Pendir

Ümumiyyətlə, bu pendir sevilməyən pendir növlərinin başında durur. Amma diyetinizə olduqca dəstək olacağını əminliklə söyləyə bilərik. Dadını bəyənmirsinizsə, içinə qaragilə ya da badam qataraq yeyə bilərsiniz.

Qaynadılmış yumurta

Az qala hər pəhrizdə özünə bir yer əldə edən zülal baxımınından olduqca zəngin olan qaynadılmış yumurtanı xüsusilə canınız cips kimi qeyri-sağlam çərəz çəkdiyində yumurta yeməklə özünüzə böyük yaxşılıq edə bilərsiniz.

Qatıq

Bəli, yağsız qatıqları bu nöqtədə çox təklif etmirik. Çünki dadları normal qatığa bənzəsin deyə bir çox prosesden keçirirlər. Qatıq yediyinizdə daha çox arıqlamağa təsir edir. Buna görə də ara paylarda bir kasa qatıq yemək həzmi asanlaşdırdığı kimi aclıq hissinin də qabağını alacaqdır.

29 may 2015
GO BACK