Qadin.NET / Qatıq və yulaf pəhrizi

Qatıq və yulaf pəhrizi

 Qatıq və yulaf pəhrizi

Çəki itirmək sadəcə aldığınızdan daha çox kalori yandırmaqla mümkün ola bilər. Qatıqlı və yulaflı əzmə kimi adi bir qidada təxminən 300 kalori var. Gündə iki dəfə yeyilən qatıq və yulaf əzməsi 600 kalori edir. 500 kalorilik bir axşam yeməyi və sağlam qəlyanaltılarla günlük 1200-1500 kalori almış olursunuz. Nəticədə qatıq və yulaf əzməsi pəhrizi ilə qısa bir müddətdə təxminən 3 kiloqram arıqlamaq mümkündür. Bunun üçün aşağıdakı addımlara diqqət edin. 

Qatıq və yulaf pəhrizi

Birinci addım

Az yağlı və sadə qatıq seçin. Çünki tamamilə yağsız olan bir qatıqda çəki itmək üçün lazım olan yağlar yoxdur.

İkinci addım

Yemək paylarınıza yulaf əzməsi daxil edin. Bədən üçün lazım olan zülalı yulaf əzməsi ilə təmin edə bilərsiniz. Yulaf əzməsini hazırlayarkən bir miqdar su  və süd əlavə edə bilərsiniz.

Qatıq və yulaf pəhrizi

Üçüncü addım

Gündəlik olaraq iki yemək  arası (səhər və günorta yeməyini seçin) sadəcə yulaf əzməsi və qatıq yeyin. Tədqiqatlara əsasən gün ərzində 3 dəfə qatıq yeyən insanlar yoqurt yeməyənlərə  nisbətdə 22% daha çox çəki itirirlər. 

Dördüncü addım

Qatığa əlavələr qata bilərsiniz. Ləzzətli olması üçün bir az bal və ya darçın yaxud da sevdiyiniz təzə meyvələrdən qataraq yeyə bilərsiniz.

Beşinci addım

Uzun müddət tox qalmanıza köməkçi olan lif nisbətini artırmaq üçün yulaf əzməsinə təzə meyvələr, yulaf kəpəyi və ya kətan toxumu qata bilərsiniz.

Qatıq və yulaf pəhrizi

Altıncı addım

Arıqlamaq üçün aşağı kalorili şam yeməyi yeyin. Balıq və toyuq ilə buxarda bişmiş tərəvəzlər buna misal ola bilər. Ara paylarda təzə meyvə yeməyə üstünlük verin.

Gün ərzində 30 dəqiqəlik məşq proqramını da pəhrizinizlə birləşdirsəniz, daha tez və sağlam arıqlamış olarsınız. Qeyd olunan pəhriz qısa zamanda 3 kq arıqlamağınıza kömək ola bilər.

12 noyabr 2014
GO BACK