Qadin.NET / Müğənni Lilu Veganın duzsuz pəhrizi

Müğənni Lilu Veganın duzsuz pəhrizi

Müğənni Lilu Veganın duzsuz pəhrizi

Əgər siz  vacib mərasimlər üçün təcili artıq kilolarınızdan qurtulmaq istəyirsinizsə, müğənni Lilunun saxladığı duzsuz pəhrizdən istifadə edə bilərsiniz. Lilunun sözlərinə görə məşhurların həyatında elə hallar olur ki, təcili konsert salonuna çıxmaq lazım gəlir. Lakin tətil vaxtı artıq çəkilər yığdığı üçün paltarlarına sığmırlar. Əgər bu ekstrim vəziyyətə siz də düşmüsünüzsə, bədəninizi zədələmədən arıqlamaq və orqanizmi təmizləmək üçün duzsuz pəhrizdən istifadə edə bilərsiniz. Məlum olduğu kimi duz orqanizmdə suyu saxlayır, bu isə maddələr mübadiləsini tormozlayaraq orqanizmin sağlamlığını zədələyir. İndi çoxuna məlumdur ki, duz orqanizm üçün çox zərərlidir. 

Müğənni Lilu Veganın duzsuz pəhrizi

Duzsuz pəhriz vasitəsilə orqanizmin duz-su balansı bərpa olunur. Lilunun sözlərinə görə bu pəhriz ilə təkcə artıq kilolardan azad olmursunuz, həm də orqanizmi şlaklardan təmizləyirsiniz. Qidalanma gündə 5 dəfə az-az olmalı, həftədə 1 dəfə yüklənmiş bir gün olmalıdır və bu zaman da köhnə vərdişlərdən uzaq durmaq məsləhət görülür. 

Qeyd: Qızardılmış  və hisə verilmiş qidaları qəbul etməmək, azca duru yağdan və zeytun yağından istifadə olunmalıdır. Çoxlu su (1,5-2 litr) qəbul etmək lazımdır. Amma su qazlı olmamalıdır. 

Müğənni Lilu Veganın duzsuz pəhrizi

Pəhrizin ilk gününə görə nümunə

Səhər: Alma və kök salatı, 1 yumurta, 1 fincan qəhvə

Nahar: Tərəvəz supu, 1 dilim çörək, çay

Ara pay: Qara gavalı, kəsmik və qoz

Şam: Buğda bişirilmiş sudak, yaşıl çay

Ara pay: 1 %-li qatıq

Göründüyü kimi qida tərkibi çox müxtəlifdir. Doyumcul deyil, bununla belə bütünlüklə duzsuz pəhrizə uyğun gəlir.

İkiinci, üçüncü və digər günləri öz fantaziyanıza uyğun qura bilərsiniz. Bununla belə, duz saxlamayan ərzaqlarla da qidanamaq şərtdir. 

4 avqust 2014
GO BACK