Getmək məcburiyyətində olduğunuz bir dəvət var? Çox bəyəndiyiniz libasınızın içinə girməkdə çətinlik çəkirsiniz? O zaman bu pəhriz tam sizə görədir. Ancaq bilin ki, 5 gündə 5 kq arıqladan pəhriz proqramının davamlı edilməsi tövsüyə edilmir. Buna diqqət etməlisiniz.
Bazar ertəsi
Səhər: Yumurta tərkibli bir səhər yeməyi
Nahar: Suda bişmiş kartofla hazırlanmış bir nahar yeməyi
Axşam: Suda bişmiş kartofdan istifadə etməklə hazırlanmış bir axşam yeməyi (İstəyə görə ədviyyatlarla zənginləşdirilə bilər).
Çərşənbə axşamı
Səhər: Tərəvəzli bir səhər yeməyi (yağsız çiy salat ola bilər)
Nahar: Suda bişmiş və yağsız ət tərkibli nahar yeməyi
Axşam: Suda bişmiş və yağsız ət tərkibli axşam yeməyi
Çərşənbə
Səhər: Soyutma, yağsız ət tərkibli səhər yeməyi (ton balığı və s.)
Nahar: Suda bişmiş yağsız ət tərkibli yemək
Axşam: Suda bişmiş və yağsız ət tərkibli bir axşam yeməyi
Cümə axşamı
Səhər: Meyvə tərkibli səhər yeməyi
Nahar: Meyvə tərkibli bir nahar yeməyi
Axşam Meyvə tərkibli axşam yeməyi
Səhər: Yumurta tərkibli səhər yeməyi
Nahar: Yumurta tərkibli bir nahar yeməyi
Axşam: Yumurta tərkibli bir axşam yeməyi
Bu pəhrizdə də hər pəhrizdəki kimi bol su içmək mütləqdir. Gün ərzində ən azı 9-10 stəkan su içilməlidir.
Çünki biz gün ərzində bədəndən 10 stəkan su xaric edirik, ancaq heç gün ərzində 10 stəkanın yarısını belə içmirik. Odur ki, sağlam arıqlamaq istəyirsinizsə, bol su içmək mütləqdir. Bununla həm sağlam şəkildə arıqlaya, həm də dərinizin gözəlləşməsinə sahib ola bilərsiniz.