Qadin.NET / Pəhriz üçün möcüzəvi qidalar

Pəhriz üçün möcüzəvi qidalar

Pəhriz üçün möcüzəvi qidalar

Çəkinizlə bağlı probleminiz var. Buna görə də özünüzə uyğun bir pəhriz proqramına başladınız. Onsuz da az yeməyə başladığınız üçün aclıq duyğusu hər zaman sizi narahat edəcək. Arıqlamaq istədikdə bunları mütləq yeyin ki, daha sağlam formada qalasınız.

Pəhriz üçün möcüzəvi qidalar

Fındıq

E vitaminiylə bol olan fındıq, antioksidant xüsusiyyəti ilə bədəni mikroblardan təmizləyir. Pəhriz vaxtı əzələ zəifləməsinin qarşısını alır. Əsəb sisteminə müsbət təsir etdiyi üçün pəhriz saxlayanların gündə 10 dənə, qoruma proqramlarında olanların isə həftədə 3 dəfə 50 qr fındıq yemələri məsləhət görülür. Fındıq hər nə qədər faydalı bir çərəz olsa da, lazım olduğundan çox istifadə ediləndə çəki azalmasına mane olacağı üçün pəhriz saxlayanlar bu rəqəmi keçməməlidir. Onsuz da gündə 10 fındıq ilə 2 ovuc fındıq yeməyin bədənə təmin edəcəyi fayda eynidir.

Brokkoli
Brokkoli xərçəngə və immunitet sistemi xəstəliklərinə qarşı qoruyan ən əhəmiyyətli qidadır. Brokkolinin tərkibində olan sulforafan xərçəngdən qoruyur. Buna görə də tərəvəz seçimlərində brokkoli məsləhətdir. Ancaq köpdən şikayətiniz varsa, bu tərəvəzi yaxşı qaynadıb bişirin. Qaynatdıqdan sonra bir neçə parçaya bölüb, yaxşıca çeynəyib, əzdikdən sonra udmalısınız.
Pəhriz üçün möcüzəvi qidalar
Kivi və qreypfrut
C vitamini mənbəyidir. İmmun sisteminizi gücləndirərək infeksiyalara qarşı qoruyur. C vitamini yüksək olan qidalardan istifadə (kivi, qreyfurt kimi) döş xərçənginin əmələ gəlmə riskini azaldır. Mütləq gündə 2 ədəd kivi və 2 ədəd qreypfrutu pəhrizinizə əlavə etməlisiniz.
Qoz
E vitamini cəhətdən bol olan qoz xolesterolu salır. Pəhriz saxlayan vaxt çəkini idarə etmək və çox enerji almamaq üçün gündə 5 ədəd qoz yeməyiniz kifayət edər.
Pəhriz üçün möcüzəvi qidalar

Balıq

Ehtiva etdiyi Omega 3 və Omega 6 səbəbi ilə xolesterolunuzu salan, limfa dövranını nizama salan möcüzəvi yemək, həftədə ən azı 3 dəfə yeyilməlidir.

Soğan ilə sarımsaq

Bir çox insan soğan və sarımsağı iyinə görə yemək istəmir. Halbuki, sarımsaq və soğanın infakt riskini, kirəcləşməni və xərçəng əmələ gəlmə təhlükəsini azaltdığını bilirdinizmi? Sarımsaq və soğan xərçəng quruluşlu maddələri təsirsiz hala gətirərək, pis xasiyyətli şişin əmələ gəlməsinin başlanğıc mərhələsinə mane olaraq qabağını alır.

Qatıq

Riboflovin vitaminindən bol olan qatığı dərimizə, sümük və dişlərimizə faydalı olduğunu çoxumuz bilirik. Qatıq eyni vaxtda əsəb sistemimiz üçün də faydalı bir qidadır. Gündə 1 kasa qatığa laqeyd yanaşmayın.

Pəhriz üçün möcüzəvi qidalar

Çörək

Ağ çörək bəsləyəci (vitamin dəyəri və ehtiva etdiyi karbonhidrat baxımdan) ən dəyərsiz çörəkdir. Buğda saflaşdırılanda, (ağ çörək hazrlananda) içində qiymtli olan B vitamini itirilir. Yalnız karbonhidrat olaraq qarşımıza çıxır. Tərkibindəki sadə şəkər səbəbi ilə kalori dəyəri olduqca yüksəkdir. Kəpək çörəyi isə tərkib olaraq qiymətlidir və bağırsaqların da nizamlı işini təmin edir. Ancaq həddindən artıq kəpək qəbulu da kalsium, dəmir kimi bəzi mineralların sovrulmasına mane ola bilər. Buna görə pəhrizinizdə, doyma hissini verən, bağırsaq inkişafını təmin edən, bədəndən mineral sovrulmasına mane olmayın. B vitamini ilə bol olan tam buğda çörəyi və ya taxıl çörəyi seçin.

15 aprel 2014
GO BACK