Bədən üçün tələb olunan qidanı təmin etmək və bədəni nəmli saxlamaq üçün meyvə pəhrizi əla enerji və qidalanma mənbəyidir.
Meyvə - qan dövranının yaxşılaşdırılması, immuniteti qaldırmaq, həzm sisteminin təkmilləşdirilməsi, dəriyə parıltı vermək və ümumi sağlamlıq üçün çox xeyirlidir. Həmçinin saçlara parlaqlıq da verir. Düzgün meyvə pəhrizi ilə bədəninizin heç bir üzvünə zərər vermədən sağlam şəkildə arıqlaya bilərsiniz.
Arıqlamaq üçün meyvələrin ən yaxşı hesab olunan beş kateqoriyası var:
- Yüksək karbohidratlı meyvələr: Banan, alça, armud, kivi, ananas, manqo, üzüm , əncir və s. kimi meyvələri bura aid etmək olar. Yüksək karbohidratlı meyvələrlə zəngin pəhrizdə səhər yeməyi yeyilməlidir. Bu meyvə pəhrizi müntəzəm olaraq tutulmalı və kişmiş, badam, ərik, qara gavalı və quru meyvələrlə birgə istifadə edilməlidir.
- Az karbohidratlı meyvələr: Qarpız, şaftalı, qovun, alma bu kateqoriyadadır. Bu meyvələr bədəndə yüksək temperatura nəzarət edir və bədəndən xolesterolun xaric olmasına kömək edir. Onlar ürək-damar və sinir sistemlərinin optimal işləməsi üçün lazımi enerjini təmin edir. Bu kimi az karbohidratlı meyvələr artıq şəkər tərkibi ilə bədənə zərər vermir, əksinə, bu zəngin meyvə pəhrizi artıq yağları yandırır.
- Sitrus meyvə və giləmeyvələr: Zəngin sitrus meyvə pəhrizi minimal karbohidratları təmin edir. Bu meyvələrə moruq, böyürtkən, quşüzümü və müəyyən dərəcədə çiyələk və giləmeyvə daxildir. Bu meyvələr bağırsağın fəaliyyətini asanlaşdırır. Onlar toksinləri və ya həzm edilməmiş maddələri bədəndən xaric edir. Sitrus meyvə və giləmeyvələr qanı təmizləyir və ürək-damar sistemini gücləndirir, həmçinin ürək sağlamlığını da dəstəkləyir. Bununla da bu meyvələr sağlam arıqlamağa, pis xolesterolu aradan qaldırmağa, həzm və iştahanı yaxşılaşdırmağa yardım edir.
- Sulu meyvələr: Bu kateqoriyaya qarpız, qovun, yemiş kimi bostan meyvələri aiddir. Bu meyvələr bol su ilə və karbohidratlarla zəngindir. Bu sulu meyvələr sağlam arıqlamağa yardım edir, həzm prosesini asanlaşdırır və toksinlərin ifrazı üçün tələb olunan suyu təmin edir.
- Quru meyvələr: Buraya kişmiş və qara gavalı kimi qurudulmuş meyvələri aid etmək olar. Quru meyvə pəhrizinə təzə meyvələri də az miqdarda əlavə edə bilərsiniz. Bu meyvələr vitamin və minerallarla zəngindir. Onlar təzə meyvələrdə olmayan müəyyən mineral və vitaminlər əskikliyini tamamlayacaq. Beləliklə, quru meyvə pəhrizi təzə meyvələrlə birlikdə sağlam arıqlamaqda, artıq yağları yandırmaqda və xolesterolu azaltmaqda effektlidir. Onlar həmçinin immun sisteminin təkmilləşdirilməsində də mühüm rol oynayır.