Həkimlərin yeganə bir ortaq fikri var: qarın piyləri orqanizminiz üçün ən təhlükəli piylərdir. Hətta bu piylər başqa orqanımızın piylərindən daha təhlükəlidir. Qarın piylənməsi ürək xəstəliklərini artırır, şəkər xəstəliyi yaradır, xərçəngin bəzi növlərini əmələ gətirir, insult, hətta özünə qapanmaya və stresə gətirib çıxarır. Bunların heç biri olmasa belə, kök qarın gözəl görünüşü pozur və bu da özümüzdə inamsızlıq hissi yaradır.
Üç əsas problem qarının hamar olmasına mane olur
1.Hormonal pozğunluq - Daxili əsəb, stress sizin daxili orqanlarınıza kortizol-hormonal yağ yığılmasına səbəb olur. Bu, sizin immun sisteminizin zəif çalışmasına və yağ əritməsinə böyük təsir göstərir.
2. Təhlükəli pəhrizlər - "Artıq çəkidən azad olmaq üçün kalorisi çox olan yeməklərdən uzaq durmaq lazımdır" . Xeyr, bu belə deyil! Kalorini azaltmaq orqanizmdə vitaminlərin azalmasına gətirib çıxarır. Bu zaman beyniniz sizin mədənizə "SOS" siqnalı göndərir və siz artıq yemək məcburiyyətində qalırsınız. Bu da sizin piylənmənizə gətirib çıxarır. Belə pəhrizdən bir həftə sonra sizin bədəninizin genetik hormonları maddələr mübadiləsi üçün lazımlı olan hormonaların səviyyəsinin azaldılmasına gətirib çıxarır.
3.Qeyri-sağlam yeməklər - Bizim yediyimiz yeməklər bədənimizə artıq yağların yığılmasına gətirib çıxarır. Bəzi kafelərdə hazırlanan yeməklərin sağlam olmadığını unutmayaq. Qeyri-sağlam yeməkləri yedikdə unutmayaq ki, bu yeməklər bizim orqanizmin zəif işləməsinə və qarnımızın şişməsinə səbəb olur.
Qarnınızın hamar olması üçün 3 ipucu
1. Sağlam və kalorili yeməklərdən düzgün istifadə etmək lazımdır.
2. Gün ərzində az-az və tez-tez yemək.
3. Meyvə və tərəvəzlərdən düzgün istifadə etmək.
Elə yeməklər yeyin ki, sizin bədəninizdə şişkinlik hissi yaratmasın və yağın yanmasına kömək etsin. Unutmayın ki, tərkibi hormonal dərmanlarla ibarət olan meyvə və tərəvəzlərdən istifadə etməyin. Hər fəslə uyğun və vaxtında yetişmiş meyvə və tərəvəzlərdən istifadə edin.
Yeyilməsi məsləhətli olan 11 qida
1.Avokado - tərkibində qarın yağlarının əriməsinə təsir edən vitaminlər mövcuddur.
2.Giləmeyvələr - Albalı, moruq, qarağat - bu meyvələr aclıq hissini öldürür.
3.Kələm və brokoli - yağlarla mübarizədə ən gözəl köməkçi vasitədir.
4.Qoz, findiq və tumlar - sizdə toxluq hissini yaradar və vitaminlərlə zəngindir.
5.Kakos və zeytun yağı - orqanizminizə xeyirli olan yağlardır.
6.Yumurta - B6, B12, A, E vitaminləri ilə zəngindir.
7.İstiot - yağ əritməyə köməkçi vasitədir.
8.Yaşıl çay - tərkibi antioksidləşdiricilərlə zəngindir və yağəridici funksiyası var.
9.Qatıq - həzmi yüngülləşdirir.
10.Qara şokolad - antioksidant və olein turşusu olduğu üçün faydalıdır.
11.Su - piy əridilməsində sizə kömək olacaq ən gözəl və ən faydalı məsləhətdir.